“Çat-Tanışlıq” saytları – mənəviyyatsızlıq bazarı
“Lost.az”, “Canım.az”, “Gelinler.az”, “Gelinler.biz”, Gelinler.ru”, “175.az”, “Emo.az”, “1 nefes.tk.chat”, “1soz.de”, “Qaynar.org”, “Axtaran.az”, “Dağlı.az”...
6 İyul 2013 14:01 Problemİnsanların böyük əksəriyyəti tanışlıqları intuisiyalara buraxmağı xoşlayırlar. "Çat-Tanışlıq" saytları cəmiyyətin gənc təbəqəsinin cinslərarası əlaqələr qurmaq üçün üz tutduqları əsas virtual məkanlardır. Onların təbliğatı isə hər yerdə - küçə, prospekt, ictimai iaşə, yaşayış binalarının divarlarında, metro və sərnişin avtobuslarında, xüsusi reklam lövhələrində, park skamyalarında və internetdən köçürülmüş musiqilərdə xüsusi səs effekti ilə aparılır. "Çat"lara üz tutan qadın və qızların böyük əksəriyyəti eybəcər və reallıqda ünsiyyət qurmağa çətinlik çəkən kişi ordusudur. Tanışlıq saytları insanları yalan danışmağa, cinayətə və əxlaqsızlığa sürükləyir. Virtual ünsiyyət zamanı abunəçilərin öz-özünü tərifləməsi adi hallardan biridir. Amma əyani tanışlıq zamanı bunun əksini görən qarşı tərəf açıq şəkildə sevgi əlaqəsindən boyun qaçırır. Parklara görüş təyin edən qız görüş saatında qarşısında ucaboy, sarışın, yaraşıqlı oğlan əvəzinə arıq, sısqa, eybəcər kişi və əskinə oğlan uzun saç, ağbəniz, normal bədənə sahib qızın yerinə, həddən ziyadə kök, saçları yağlı, buxağı göbəyinə qədər sallanan qadın görür. Bu isə sonda tərəflərin həmin yerdən gücü çatdıqca qaçmasına təkan verir. Adətən virtuallıqda görüş təyin edilən yerə vaxtından əvvəl getmək "Çat"ların özəl xüsusiyyətindən biridir. Belə hallarda görüş təyin etdiyi portnyoruna kənardan baxan qız, ya oğlan onun özünə yaraşıb-yaraşmamasına baxır. Əgər xarici görünüşündə müəyyən uyğunluq tapsa tanış olacaq, əksinə olanda isə telefon nömrəsini söndürüb qaçacaq və görüşə gəlməməyinə müxtəlif bəhanələr gətirəcək. "Çat"ların digər problemlərindən biri onların insanları cinayətlərə sövq etməsidir. Bu cür saytlarda tərbiyəsiz və əxlaqsız söyüşlər geniş yayılıb. Söhbət zamanı oğlanlar tərəfindən söyülən qız onun nömrəsini yaxın oğlanlardan birinə verir ki, təhqir edən tərəfi cəzalandırsın. Belə vəziyyətlərdə ölüm halları ilə yadda qalan ağır cinayətlər baş verir. Digər mənfi tərəf isə kişilərə telefon nömrəsi verən qızların cinsi zorakılığa məruz qalmasıdır. Son zamanlarda cinsi zorakılıqların artmasının əsas səbəblərindən biri də "Çat-Tanışlıq" saytlarıdır. Saytlarla bağlı ən böyük problem burada əxlaqsızlığın geniş təbliğidir. "Çat" istifadəçilərinin əksəriyyəti gey, lezbiyan və fahişələrdir. Həmin saytlarda bu kateqoriya insanların maddi məvacib qarşılığında özünü reklam etməsi adi haldır. Əksəriyyət qadına göndərilən tanışlıq məktubunun qarşılığında bu cür cavab almaq mümkündür: "Bakı şəhərində (ya da ki, başqa rayon, şəhər də ola bilər) yaşayıram, ərimdən boşanmışam. 20 manata çıxıram, öz evim var. Ciddisənsə nömrəm budur: 000 1234567, zəng elə görüşək". Mavilərin mesajı: "Bakıda yaşayıram, profil şəkli özümündür. 50 manata çıxıram. Portnyorumun hər istəyini yerinə yetirirəm. Ciddi olanlar bu nömrəyə zəng vursunlar: 000 1234567". "Çat-Tanışlıq" saytları böyük əxlaqsız qadın və bədənlərini satan mavi bazarıdır. "Çat" abunəçiləri ondan istifadə üçün etik normalara sığmayan ləqəblərdən (niklərdən) istifadə edirlər. Adətən seçilən "nik" həmin abunəçinin sayta hansı məqsədlə gəlməsini bildirir. Xüsusilə də gənclərin virtual tanışlığa üz tutmalarının kökündə duran məsələrdən biri onların mənəvi boşluğa yuvarlanmalarıdır. Söhbət məkanı bir çoxları üçün əyləncə, bir çoxları üçün vaxt keçirmək, bəziləri üçün isə tanışlıq ünvanıdır. Lakin bu dəqiqdir ki, "Çat"lara üz tutanların çoxusu müəyyən kompleksi olan insanlardır. Bu cür insanlar rahat şəkildə əziyyət çəkdiyi kompleksdən azad ola bilirlər. Adətən bu cür məkanlarda insanlar utancaqlıq hisslərindən azad olub özlərini çox rahat hiss edirlər. Digər tərəfdən isə gənclər vaxt boşluğunu doldurmaq üçün buraya üz tuturlar. "Lost.az", "Canım.az", "Gelinler.az", "Gelinler.biz", Gelinler.ru", "175.az", "Emo.az", "1 nefes.tk.chat", "1soz.de", "Qaynar.org", "Axtaran.az", "Dağlı.az" və s. ən çox istifadə olunan "Çat-Tanışlıq" saytlarıdır. Adı çəkilməyən yüz minlərlə bu cür sayt var. "Çat"lar gənclərin mənəvi və əxlaqi aşınmalarına rəvac verir. Ona görə də insanları bu cür pis vərdişlərdən çəkindirmək üçün aidiyyatı orqanlar həmin məkanlara qarşı xüsusi reydlər aparmalıdırlar. Əks təqdirdə gənclik daha pis istiqamətə inkiaş edə bilər.
Ömər Zamin