Taker Karlson İran prezidenti Məsud Pezeşkiandan müsahibə alıb - ÖZƏL

Amerikalı jurnalist Taker Karlson İran Prezidenti Məsud Pezeşkianla müsahibə apardığını bildirib.

Olaylar xəbər verir ki,Taker Karlson sosial şəbəkə "X"də yerləşdirdiyi videomüraciətdə İran Prezidenti Məsud Pezeşkianla müsahibənin başa çatdığını açıqlayıb.

Jurnalist qeyd edib ki, söhbət Tehranın Vaşinqton və Təl-Əvivə münasibətdə planlarından gedib.

Bundan əvvəl Taker Karlson ABŞ-ın sabiq müşaviri Stiv Bennonla podkast zamanı söhbətində demişdi ki, İranla mümkün hərbi münaqişə Birləşmiş Ştatların dünyadakı nüfuzunun zəifləməsinə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31