Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir
3 Sentyabr 16:28 OrduAzərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
"Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 03.09.2024-cü il tarixdən 06.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31