Bu xəstəliyi olan şəxslər də hərbi xidmətə çağırılacaq - RƏSMİ
9 Avqust 16:12 Ordu"Qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir".
Olaylar.az bildirir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, sözügedən hal şəxslərin hərbi tədris müəssisələrinə daxil olmağına mane olmur. Bundan əlavə olaraq, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31