Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
18 İyul 2024 10:42 OrduQuru Qoşunlarının 2024-cü il üzrə hazırlıq planına uyğun olaraq, komando hərbi hissələrinin snayper bölükləri və snayper ixtisaslı hərbi qulluqçuları ilə ixtisas toplanışı keçirilib.
Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, toplanış çərçivəsində praktiki vərdişlərin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçular snayper tüfənglərindən müxtəlif epizodlar üzrə praktiki atış çalışmaları yerinə yetiriblər.
Atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi, şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31