“Qafqaz Qartalı - 2024” təlimində zərbə PUA-sı tətbiq olundu
10 İyun 2024 12:37 OrduÖlkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Olaylar.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
"Qafqaz Qartalı - 2024" təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31