Hərbçilərimiz Türkiyəyə beynəlxalq təlimlərdə - VİDEO

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən "EFES - 2024" çoxmillətli təlimi davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

"EFES - 2024" çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31