Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı hərbi təlimlər keçirilib

Türkiyənin Marmaris şəhərində "Kurtaran-2024" hərbi təlimləri keçirilib.

Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 24-30 aprel tarixlərində keçirilən təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, ABŞ, Banqladeş, Bəhreyn, Bolqarıstan, Braziliya, Mərakeş, Cənubi Afrika Respublikası, Niderland, Malayziya, Misir, Mozambik, Pakistan, Səudiyyə Ərəbistanı, Tailand və Omandan da 40 müşahidəçi və zabit iştirak edib.

Türkiyənin dəniz, hava, sahil və quru qoşunlarının iştirak etdiyi təlimə silahlı dronlar (SİHA) da daxil olmaqla, 90-a yaxın uçuş aparatının cəlb olunduğu qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31