Ötən gün həlak olan hərbçimizə şəhid statusu veriləcək
6 Aprel 2024 10:42 OrduÖtən gün təlim atışları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək.
Bizim.media-nın Quba İcra hakimiyyətindən əldə etdiyi məlumata görə, şəhid statusu veriləcək əsgərin cənazəsi Quba şəhərinin girəcəyində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək.
Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31