Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
11 Sentyabr 2023 22:08 OrduSentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31