Xocavənd istiqamətində növbəti təxribatın qarşısı alınıb - Müdafiə Nazirliyi
9 Sentyabr 2023 21:17 OrduSentyabrın 9-u saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31