Dünya ordularının yeni reytinqi: Azərbaycan...
23 Noyabr 2018 14:04 OrduAzərbaycan Ordusu dünyanın ən güclü 53-cü ordusu olub.
Bu nəticə "Global Firepower" beynəlxalq təşkilatının hazırladığı yeni reytinq cədvəlində yer alıb. Yeni reytinq cədvəlində ilk üçlüyü ənənəvi ölkələr - ABŞ, Rusiya, Çin tutub. Dördüncü yerdə Hindistan, beşinci yerdə isə Fransa qərarlaşıb.
Azərbaycanın qonşularından yalnız İran reytinq cədvəlində yer almayıb. Türkiyə siyahıda 9-cu yeri tutub. Gürcüstan 82-ci, Ermənistan isə 84-cü pillədə qərarlaşıb.
Ümumilikdə siyahıda 136 ölkənin adı yer alıb. Siyahının sonuncu pilləsində Surinam (134), Liberiya (135) və Butan (136) qərarlaşıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31