Hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi müvafiq təlimata əsasən Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri aparılır. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri gənc əsgərlərin xidmətə adaptasiya olunması, onların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı görüşlər keçirir, müvafiq tövsiyələr verir, yeni üsulların tətbiqinə dair maarifləndirmə işləri yerinə yetirirlər.

Tədbirlərdə hərbi qulluqçuların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi və s. mövzularda praktiki məşğələlər keçirilir, eləcə də gənc əsgərlərlə psixoloji maarifləndirmə mövzusunda söhbətlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31