Neft qaz

“Cənub Qaz Dəhlizi” mühüm iqtisadi və siyasi əhəmiyyətə malikdir

1 İyun 2018 11:55

"29 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilb. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Layihənin icrasına 2014-cü ildən başlanıb. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulub və qoyulacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaranacaq". Bunu millət vəkili Rauf Əliyev deyib.

"“Cənub Qaz Dəhlizi” layihəsindən bir çox ölkə bəhrələnəcək"

31 May 2018 18:57

“Cənub Qaz Dəhlizi” Azərbaycan, Gürcüstan, Türkiyə, həm də Avropa üçün böyük əhəmiyyətə malikdir". Bunu SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə jurnalistlərə bildirib.

“Aİ-92” markalı benzinin istehsalı dayandırılır

31 May 2018 17:50

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

Vüqar Rəhimzadə: "“Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsinin şah damarıdır"

31 May 2018 15:45

“Azərbaycan bu gün regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir. Bu mənada enerji layihələrini xüsusi olaraq qeyd etmək gərəkdir. 1994-cü il sentyabrın 20-də təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə imkanlarının daha da artması, ümumilikdə gələcək inkişafı üçün böyük imkanlar açdı. Bu layihənin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri tikilib istifadəyə verildi. Bununla da ölkəmiz şaxələndirmə siyasətini uğurla həyata keçirərək, öz enerji resurslarının ixracı sahəsində geniş imkanlar qazandı.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasını

Hovard Çeyz: "Cənub Qaz Dəhlizi Avropaya enerji tədarükünün diversifikasiyası üçün ciddi uğurdur"

31 May 2018 15:38

"Azərbaycan mühüm neft və qaz istehsalçısıdır". Bunu "Dow" şirkətinin hökumət orqanları ilə iş üzrə direktoru Hovard Çeyz deyib.

Deputat: ““Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətə malikdir”

31 May 2018 14:45

“Cənub Qaz Dəhlizi” Azərbaycanın iradəsi ilə ərsəyə gəlmiş dünya əhəmiyyətli beynəlxalq layihədir. “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsində dəyişiklik edib. Bu layihə Şərqi Avropa ölkələrinə qaz təminatını reallaşdıracaq”. Bunu millət vəkili Azər Badamov deyib.

Aydın Quliyev: ""Cənub Qaz Dəhlizi" sülh və təhlükəsizliyə, enerji təchizatına uzunmüddətli təminat layihəsidir"

30 May 2018 18:13

"Cənub Qaz Dəhlizi" geosiyasi anlamda uzunmüddətli əməkdaşlıq, sülh və təhlükəsizliyə, enerji təchizatına uzunmüddətli təminat layihəsidir. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Azərbaycanın quru və dəniz yataqlarından hasilatın həcmi açıqlanıb

30 May 2018 16:45

İndiyə qədər Azərbaycanın dənizdəki yataqlarından 1 042 mln. ton neft və 668 mlrd. kubmetr qaz hasil edilib.

Tahir Mirkişili: ""Cənub Qaz Dəhlizi" regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir edəcək"

30 May 2018 16:02

""Cənub Qaz Dəhlizi" layihəsi regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək". Bu barədə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.