Cənub Qaz Dəhlizi- Azərbaycanın qlobal əməkdaşlığa daha bir töhfəsi

Azərbaycan uzun illərdir ki, təkcə regionun deyil, eləcə də dünyanın ən aparıcı, qabaqcıl ölkələrindən birinə çevrilib. Ölkəmizin iştirakı və təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr təkcə Azərbaycan deyil, eləcə də ətraf ölkələr, hətta bizdən çox-çox uzaq olan Avropa üçün həyati əhəmiyyət kəsb edib. Müstəqillik illərindən sonrakı dövrdə Azərbaycanın iştirakı ilə reallaşdırılan bir sıra layihələrin timsalında bunu görmək mümkümdür. Bu günlərdə isə Azərbaycan daha bir mühüm əhəmiyyət kəsb edən loplantıya evsahibliyi etdi. Söhbət Cənub Qaz Dəhlizi layihəsinin rəsmi açılış mərasimindən gedir.

Sözügedən layihə bir çox məqamları ilə diqqəti çəkir. Ümumiyyətlə, bütün parametrlər üzrə Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm də onun iştirakçısı olan digər ölkələr, həmçinin bu layihəyə marağı olan dövlətlər üçün əhəmiyyətli hesab edilsə də, ancaq layihənin önəmini qeyd etmək üçün bəzi məqamlara toxunmaq zəruridir.

Politoloq Ramiz Alıyev Cənubi Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən danışarkən bildirib ki, bu layihə hər şeydən əvvəl əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyasının davamıdır: "İstər Cənubi Qaz Dəhlizi, istərsə də digər bu kimi qlobal əhəmiyyətli layihələr gündəmə gəlib reallaşdırılanda təbii ki, Ulu Öndərin əsasını qoyduğu uğurlu neft strategiyasının nə qədər əhəmiyyətli, lazımlı və Azərbaycan üçün gərərkli olduğu xatlrlanır. Əgər zamanında Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsə və gərgin əməyi, fəaliyyəti nəticəsində 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi" imzalanmasaydı, təbii ki, bu gün nə Cənubi Qaz Dəhlizi, nə də indiyə qədər reallaşdırılan digər bu kimi layihələrdən danışmaq, hətta onları təsəvvür belə etmək olmazdı. Ona görə də ilk növbədə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu kimi layihələrin reallaşdırılmasında biz hər şeydən əvvəl ümummilli lider Heydər Əliyevə borcluyuq. Təsadüfi deyil ki, elə layihənin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bu məqamı xüsusi qeyd etdi".

Ramiz Alıyev deyib ki, Cənubi Qaz Dəhlizi layihəsinin digər bir mühüm əhəmiyyəti ondan ibarətdir ki, bununla Azərbaycan bir daha regionun lider dövləti olduğunu təsdiqlədi. Eyni zamanda qlobal əməkdaşlığın mərkəzinə çevrildiyini sübuta yetirdi: "Məlumdur ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Bundan başqa daha üç Balkan ölkəsi,  Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə Cənub Qaz Dəhlizi layihəsinə qoşulacağı nəzərdə tutulur.

Bu da öz-özlüyündə Cənubi Qaz Dəhlizi layihəsinin qlobal əhəmiyyətli bir layihə olduğunu ortaya qoyur". Politoloq deyib ki, Cənub Qaz Dəhlizi layihəsi, eləcə də Azərbaycanın iştirakçı və təşəbbüskar olduğu digər mühüm layihələr Bakının dünyanın güc mərkəzləri. Aparıcı dövlətlərlə normal əməkdaşlıq qurduğunu ortaya qoyur: "Bildiyimiz kimi Cənubi Qaz Dəhlizi layihəsinin rəsmi açılış mərasimində layihənin iştirakçısı olan ölkələrlə yanaşı Birləşmiş Ştatlar, Böyük Britaniya da yüksək səviyyədə təmsil olunurdu. Bu da öz-özlüyündə bu layihəyə dünyanın super güclərinin yetərli dəstək verdiyinin göstəricisidir. Prezident İlham Əliyev də mərasimdə çıxışı zamanı bu məqama xüsusi diqqət çəkərək Birləşmiş Ştatlar və Böyük Britaniyaya təşəkkürünü ifadə etdi və hər iki ölkənin bu kimi layihələrdə Azərbaycana hər zaman dəstək olduğunu bildirdi. Bu təkcə Vaşinqton və Londonun enerji layihələrində Azərbaycana dəstəyi deyil, eyni zamanda rəsmi Bakı ilə bu ölkələrin yüksək səviyyədə əməkdaşlığı deməkdir". Politoloq deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan Avropanın enerji xəritəsini dəyişmiş oldu: "Əslində bunun təməli. Avropanın enetji xəritəsinin dəyişilməsinin əsası Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri ilə qoyulmuşdu. Bir müddət əvvəl isə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Azərbaycan bir növ Avropanın nəqliyyat xəritəsini dəyişmiş oldu. İndi isə bu proses davam edir". Politoloq deyib ki, Cənub Qaz Dəhlizi layihəsi bütün parametrləri üzrə Azərbaycan üçün yalnız və yalnız müsbət dividentlər gətirəcək və ölkəmizin bundan sonra da iqtisadi inkişafına öz töhfəsini verəcək.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31