Hovard Çeyz: "Cənub Qaz Dəhlizi Avropaya enerji tədarükünün diversifikasiyası üçün ciddi uğurdur"

"Azərbaycan mühüm neft və qaz istehsalçısıdır". Bunu "Dow" şirkətinin hökumət orqanları ilə iş üzrə direktoru Hovard Çeyz deyib.

"Azərbaycan mühüm neft və qaz istehsalçısıdır".

Bunu "Dow" şirkətinin hökumət orqanları ilə iş üzrə direktoru Hovard Çeyz deyib.

Onun sözlərinə görə, neft-qaz sənayesinin inkişafı həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün də vacibdir.

H.Çeyz həmçinin Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinin Avropaya enerji tədarükünün diversifikasiyası üçün əhəmiyyətli olduğunu və bu layihə üzərində işləyənlərin hamısının özləri ilə fəxr edə biləcəklərini söyləyib: "Bu, Azərbaycan qazının Avropaya çatdırılması üçün mühüm yoldur və Avropa üçün mənbələrin diversifikasiyası, bazarda rəqabət yaratmaq baxımından əhəmiyyətlidir".

O eyni zamanda Bakıda keçirilən "Caspian Oil and Gas" sərgisinin təşkilatçılığını yüksək qiymətləndirib və bu sahənin digər oyunçuları ilə ünsiyyət üçün platforma kimi belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31