Ağadadaş Ağayev yenidən müalicə üçün Türkiyəyə gedəcək

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Bu barədə müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

Medal qazanmış idmançı və məşqçilərimizə Milli Olimpiya Komitəsi də pul verəcək

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: "Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından 3 aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq".

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31