"Eurovision"un finalında Madonna çıxış edəcək
"Eurovision"un finalında Madonna çıxış edəcək
17 May 2019 17:15 MusiqiMadonnanın mayın 18-də Təl Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcəyi açıqlanıb.
Bu haqda Kan İctimai Yayım Şirkəti açıqlama verib.
Bununla əlaqəli dünya şöhrətli ifaçı ilə müsabiqənin təşkilatçısı olan yayım şirkəti arasında müqavilə hazırlanıb.
Qeyd edək ki, Madonnanın müsabiqənin finaldakı konsertinin 1,3 milyon dollar məbləğindəki xərclərini israilli-kanadalı milyarder Silvan Adams ödəyəcək.
Müğənninin "Eurovision"un finalında üç mahnı ifa edəcəyi açıqlanıb.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31