Mədəniyyət
“Daşkənd baharı-2017” festivalında azərbaycanlı rejissorun quruluş verdiyi tamaşa nümayiş edilib
“Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” operası nümayiş edilib. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edib.
ƏSA Teatrı daha bir ilk ilkə imza atdı
Müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünyamiqyaslı bir ilkə imza atacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, mayın 2 – də saat 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq. Tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır. İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.
Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür məktubu
Akademik Milli Dram Teatrının may ayına olan repertuarı açıqlanıb
Beynəlxalq Muğam Mərkəzində Baku Brass ansamblının konserti keçirildi
Beynəlxalq Muğam Mərkəzində Baku Brass nəfəs alətləri ansamblının konserti keçirildi. Mərkəzdən “Olaylar” – a bildirlib ki, ansamblın tərkibində Əməkdar artist Sirus Məmmədov (truba), əməkdar artist Rövşən Quliyev (truba), əməkdar artist Andrey Sabayev (valtorna),əməkdar artist Əli Hacıyev (tuba), Kamal Tapdıqov(trambon), Ucal Məmmədxam (zərb alətləri) çıxış edirdilər. Konsertdə həmçinin solistlər Vəli Budaqov (klarnet), Leyla Əliyeva (vokal) iştirak edirdilər. Baku Brass ansamblı 2005 ci ildən fəaliyyət göstərir. Ansamblın üzvləri Ü. Hacıbeyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistləri, bir çox beynəlxalq, eləcə də respublika müsabiqələrinin laureatlarıdır.
“Balaca şahzadə” Musiqili Teatrda
Musiqili Teatrda yeni tamaşanın məşqlərinə start verilib. Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, teatrda Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri olan “Balaca şahzadə” əsərinin musiqili tamaşası hazırlanır.“Balaca şahzadə” bir çox yeniliklərlə zəngin olacaq.
Saraydan yenilik
Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq Sarayın mobil tətbiqi istifadəyə verilib. Saraydan “Olaylar” – a bildirlib ki, yenilikdə məqsəd IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılarımıza beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir. IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.
Qismət – Atlar niyə çəhrayıdır?
“Daşkənd baharı-2017” dördüncü Beynəlxalq Opera və Balet festivalının açılışı olub
Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrında “Daşkənd baharı-2017” dördüncü Beynəlxalq opera və balet festivalının açılışı olub. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edirlər.
Həmidə Ömərova doğum gününü İranda qeyd etdi
Nazirlikdən xəyalpərəstlərə müjdə
Şeir yazmayan şair
Azərbaycanlı gənclər Rusiyada ali kino təhsili almağa göndəriləcək
Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.
Mikayıl Müşfiq Muğam Mərkəzində anılacaq
Aprelin 28 – də Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçiriləcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, Muğam Mərkəzinin və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Azərbaycanlı aktyor “Ən yaxşı kişi ifaçısı” nominasiyası üzrə qalib oldu
Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edib.Teatrdan “Olaylar” – a bildirlib ki, festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar Artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib.










.jpg)



