Mədəniyyət
Nazir Əbülfəs Qarayev aktyoru mükafatlandırdı
Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Ələkbər Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru Fəxri fərmanla təltif edib.
Azərbaycanın "Eurovision" mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia -
Ermənistanı ötən il "Eurovision" mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Dihajın ifa etdiyi "Skeletons" barədə iddia irəli sürüb. Həmin iddianı eschalley.com "Eurovision" xəbər saytı dərc edib. Məqalədə qeyd olunub ki, ötən gün Almaniyada yayımlanan "Eurovision" proqramında İveta qonaq olub. Müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnıları barədə fikir bildirib.
“İçəri Şəhər” WorldFest Houston – da
İlqar Safatın “İçəri Şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında nümayiş olunur. Təhminə Rafaella «Ən yaxşı qadın rolu», Firdovsi Atakişiyev «Ən yaxşı ikinci plan kişi rolu» mükafatlarına nominant elan olunublar. Hyuston şəhərində keçirilən festivalda Təhminə Rafaella filmimizi təqdim edir.
Ayşən Mehdiyevadan yeni klip -VİDEO
Muğam Müsabiqəsinin qalibi olan Ayşən Mehdiyeva “Eşqimiz” adlı yeni kilipini dinləyicilərinə təqdim edib. “Eşqimizin” sözləri Tağı Sadiqə, musiqisi isə Tahir Əkbərə məxsusdu. Ayşən Mehdiyevanın “Olaylar” – a verdiyi məlumata görə klip Bakı və Şamaxıda şəhərlərində, 3 günə çəkilib.
ATA: "Qızım, sənə "soyun" deyəcəklər - Amma xahiş edirəm ki..." -VİDEO
106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə atanın qızına kosmetika mağazasından yazdığı məktub səsləndirilib.
Azərbaycanlı məşhura BİABIRÇI TƏKLİF:. "Sən əməl et, ölkəndə bundan xəbər tutmayacaqlar"..
Çəkildiyi “Səfərin ailəsi”, “Bacanaqlar”, “Tufanlı Səma”, “Qanlı yanvar”, “Üç badam, bir qoz” filmlərində oynadığı maraqlı obrazları ilə diqqət çəkib. Xarici görünüşünə və naz-qəmzəsinə görə rejissorlar onu çox vaxt sevgili, katibə obrazlarına dəvət edirlər.
Britaniyalı rejissorun ADMİU-da ustad dərsi
Musiqili Teatrın may repertuarı
Azərbaycan Dövlət Musiqili Teatrı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək.
“Mədəniyyət naminə elm”silsiləsindən
Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ilinə” həsr olunmuş “Mədəniyyət naminə elm” şüarı altında “Mədəniyyət – davamlı inkişafın amili kimi” mövzusunda növbəti elmi seminar keçirilmışdir.
Azərbaycanlı aktrisa əfsanə qadınları canlandıracaq
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva 1950-ci illərin əfsanəvi qadın sənətçilərini canlandıran fotosessiyaya imza atacaq. “Olaylar” Terkiyə mətbuatına istinadən bildirir ki, aktrisanın canlandıracağı qadınların sırasında Eva Qardner, Sofi Loren, Qreta Qabro, Odri Hepbörn, yunan müğənni Maria Kallas və başqaları yer alır.
“Daşkənd baharı-2017” festivalında azərbaycanlı rejissorun quruluş verdiyi tamaşa nümayiş edilib
“Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” operası nümayiş edilib. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edib.
ƏSA Teatrı daha bir ilk ilkə imza atdı
Müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünyamiqyaslı bir ilkə imza atacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, mayın 2 – də saat 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq. Tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır. İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.
.jpg)





.jpg)
.jpg)


.jpg)



