ADMİU-nun müəllimi VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda

Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Eskişehirdə keçirilən VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda iştirak edib. Universitetdən "Olaylar" - a bildirilib ki, Eskişehir Tepebaşı Bələdiyyə başçısı Ahmet Ataç və sərginin kuratoru, rəssam Numan Arslanın təşkilatçılığı ilə keçirilən simpoziumda müxtəlif ölkələrdən Türkiyə, Azərbaycan, İspaniya, Hindistan, Polşa və Tunisdən  rəssamlar dəvət olunub.

Simpoziuma dəvət olunan 28 rəssamın 4 gün ərzində çəkdiyi rəsm əsərləri  Tepebaşı Bələdiyyəsinə hədiyyə edilib. Əsərlər il boyu ziyarət üçün açıq olan sərgi zalında nümayiş etdiriləcək. Bələdiyyənin qalereyasında keçirilən sərgidə iştirakçılar diplom ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31