Mədəniyyət
Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər - SON DƏQİQƏ
Bir necə saat öncə xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub. Diktor bu dəqiqələrdə əməliyyatdan çıxıb.
Azərbaycanlı aktyorun çənəsini sındırdılar
Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzanın çənəsi sınıb. Aktyor kütləvi şəkildə dava edənləri ayırmaq üçün araya girib, nəticədə xəsarət alıb.
Yuğ Beynəlxalq Festivalda
Avqustun 24 – 28 tarixlərində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir. Festival Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunub. “Olaylar” bildirir ki, festivalda Azərbaycanı təmsil edən Yuğ Dövlət Teatrının yaradıcı heyəti artıq Qazaxıstandadır. Teatr Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə 26 avqust tarixində qazaxıstanlı tamaşaçıların görüşünə çıxacaq.
Rahidə Baxış və Yaşar Yusub “Retro Bakı” layihəsində
Nigar Nigar “Olaylar” Avqustun 25 – 26 – da Fəvvarələr Meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konserti baş tutacaq. “Olaylar” bildirir ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər Rahidə Baxış və Yaşar Yusub olacaqlar.
Qüdrəti ilə hər yerə səs salmış 11 tarixi liderimiz
“Üçüncü günün adamı” Montreal Beynəlxalq Film Festivalında
Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək. Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.
Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar
Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb. Xalq artisti açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm.
Bayram Kürdəxanılı vəfat etdi
Tanınmış meyxana ustası Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Quliyev ötən gecə Kürdəxanı ərazisində avtomobil vurub. "Olaylar" bildiriir ki, toy mərasimindən evinə dönən Bayram Kürdəxanlı yolu keçmək istərkən, Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Hadisəni törətmiş şəxs onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxana ustasının həyatını xilas eləmək mümükün olmayıb.
Filmlərimiz Trabzon Beynəlxalq Film Festivalına dəvət aldı
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Olaylar” – a bildirilib ki, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyədə Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival avqustun 26-dək davam edəcək.
Müğənni Günel ailə sirlərini açdı: "Deyirdilər ki, bu uşağın atası..."
Səmra Rəhimli bu oğlanla sevgilidir
Sonuncu dəfə "Badminton" klipi ilə gündəmə gələn gənc müğənni Səmra Rəhimlinin sevgilisinin kim olduğu məlum olub. İfaçının eşq yaşadığı oğlan, klipdəki partnyoru, tanınmış fitness-model və treyner Fövqi Əfəndidir. İddialara görə, bundan öncə "Miss & Mister Azerbaijan - 2016" müsabiqəsində "II Vice Miss Azerbaijan" seçilən model Günel Məmmədova ilə eşq yaşayan treyner Səmra Rəhimli ilə tanış olduqdan sonra sevgilisi ilə ayrılıb.
Yeni televiziya layihəsi - “Muğamat var olan yerdə”
Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə “Muğamat var olan yerdə” televiziya layihəsinə start verilir. Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə həyata keçirilir. Mərkəzdən "Olaylar" - a bildirlib ki, layihədə məqsəd Bakıda və şəhərətrafı ərazilərdə yaşayan sakinlərə, eləcə də televiziya tamaşaçılarına milli musiqi incilərimizi təqdim etməkdir. “Muğamat var olan yerdə” televiziya layihəsinin ilk buraxılışı avqustun 23-də Mərdəkan Mədəniyyət Sarayında reallaşdırılacaq.
Filmlərimiz Beynəlxalq Festivalda
Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. "Olaylar" bildirir ki,festival avqustun 31-dək davam edəcək. Festivalda müxtəliflik və multikultural dəyərlər təbliğ olunur. Ölkəmizi bu festivalda "Buta" və "Girov" filmləri təmsil edib. Filmlər Seul Tarix Muzeyində nümayiş olunub. Qeyd edək ki, "Buta" filmi2011 - ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, rejissoru İlqar Nəcəfdi.
"Retro Bakı" - da bu həftə kimlər oldu?
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə “Retro Bakı” konsertləri baş tutub. Baş İdarədən "Olaylar" - a bildirilib ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Samirə Allahverdiyeva, “Tin uşaqları” qrupu, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl, Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman və “Renessans” qrupunun iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konserti izləyən paytaxt sakinləri və turistlər rəngarəng musiqi sədaları altında rəqs ediblər.
Azərbaycan ruhu Monenin vətənində
Fransanın Normandiya bölgəsində hər il keçirilən və sayca on üçüncü “Musique de Chambre à Giverny” festivalının “La Route de la Soie” (Böyük İpək Yolu) adlı bölməsində Azərbaycanın klassik musiqisi diqqət mərkəzində olub. 17-27 avqust tarixlərində keçirilən sözügedən festival 11 konsert və konfransdan ibarətdir. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi tərəfindən dəstəklənib. Cəmiyyətdən “Olaylar” – a bildirilib ki, Giverny İmpressionizm Muzeyi və Vernon Hökumət Evi də daxil olmaqla müxtəlif gözəl mənzərəli məkanlarda keçirilən festivalın Böyük İpək Yolu hissəsi Azərbaycan, şərq və şərqdən ilham almış Qərb bəstəkarlarının orijinal əsərlərindən təşkil olunub. Tədbirdə həmçinin yetmiş yaşını qeyd edən Dünyaca məhşur Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin əsərləri də səsləndirilib. Bəstəkarın simli kvartet üçün yazdığı "Muğam Sayağı" adlı əsəri ifa edilib.














