Mədəniyyət
Xəstəlikdən dünyasını dəyişən aktrisanın SEVGİLİSİ GÖRÜN kim imiş
Bir neçə gün bundan öncə əstəlikdən dünyasını dəyişən azərbaycanlı aktrisa Mila Əminə ilə bağlı yeni məqamlar aşkara çıxıb.
Məmmədbağır Bağırzadə ilə bağlı 33 illik SİRR AÇILDI
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər mərhum xalq artisti Məmmədbağır Bağırzadə ilə bağlı heç yerdə demədiyi sirri açıb. Açıqlama verən bəstəkar illəröncə baş verən bir hadisəni xatırladıb: “Sovetin qılıncının qəbzəsinin də kəsən vaxtları idi. Onda bəstəkar yazdığı mahnıya görə müğənnidən pul almazdı. Buna görə cəzalana bilərdi. Çünki bu məsələ Bədii Şuranın nəzarəti altında idi. Biz əsərimizi, mahnımızı Bədii Şuraya təqdim edirdik və buna görə də qonorar alırdıq. Bir gün dedilər ki, Məmmədbağır Bağırzadə təcili səni axtarır.
Xalq artistinə qarşı dələduzluq
Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Bu barədə müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib. Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb: "Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".
Xalça Muzeyində “Vüsal körpüsü”
Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçiriləcək. "Olaylar" bildirir ki, tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılacaq, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşəcəklər.
Azərbaycanlı aktrisa İspaniyadakı terrorun bir addımlığından döndü: "Allah bizi saxladı"
Tanınmış aktrisa Asya Atakişiyeva Barselonada dincəlir. Açıqlama verən aktrisa terrorun bir addımlığından döndüyünü bildirib: "Biz bir gün öncə terror baş verən ərazidə olmuşduq, yenidən ora qayıtmaq istəyirdik. Birdən fikrimizi dəyişdik ki, getməyək.
Alim Qasımovdan şıdırğı rəqs - VİDEO
Azərbaycan muğam xanəndisi, xalq artisti Alim Qasımovun maraqlı videosu yayılıb. Xalq artisti dostları ilə birlikdə rəqs edərək əylənib. Alim Qasımovun rəqs videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Kənan MM-dən həyat yoldaşına JEST - "Bir könül sındırmışam"- VİDEO
Ötən günlərdə yeni filmi "Gecə qonağı 2"-nin tizerini yayımlayan Kənan MM həyat yoldaşına jest edib. Rejissor baş rollarını aktrisa Pərvin Abıyeva ilə paylaşdığı filmə Aygün Mahmudovanı da daxil edib. Belə ki, filmin soundtrekinin sənətçinin həyat yoldaşının oxuduğu üzə çıxıb. Bu barədə saytımıza açıqlama verən Kənan MM faktı təsdiqləyib: "Mərhum bəstəkarımız Ramiz Mirişili ilə söhbətimiz olmuşdu ki, Aygün onun mahnılarından ibarət bir albom çıxarsın. Lakin onda yeni ailə qurmuşduq, elə oldu ki, alınmadı. Mən də fikirləşdim ki, həm köhnə mahnıdır, həm də Ramiz bəyin arzusunu həyata keçirmiş olaram. Filmin PR-i ümumilikdə bu mahnı üzərindədir".
Azərbaycanlı müğənni boşanma səbəbini AÇIQLADI: "Uşağım tələf olandan sonra..."
Mən üç ildir ki, istirahət etmirəm. Ay gedim Bodruma, filan... Orada xərclədiyim üç mini sənətimə qoyaram, anama verərəm. Suraxanıda xalçanın üzərində uzanıb 1 saat rahat yatmaq mənim üçün elə istirahət deməkdir.
Çinli alim Aşıqlar Birliyində
Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub. Birlikdən “Olaylar”-a bildirib ki, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanışlıq olub. Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı, onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Azərbaycan filminin namizədliyi verildi - Oskar mükafatına
Azərbaycan Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib. “Olaylar” İttifaqa istinadən bildiri ki, iclasda bir sıra məslələr müzakirə olunub.
"Mənə baxın, görün heç 1000 manata işləyənə oxşayıram?"
Ay ərzində gecə-gündüz işlədib 1000 manat vermək istəyirlər. Bu sözləri açıqlamasında aktrisa Pərvin Abıyeva söyləyib. Aktrisa rejissorların film müqabilində Pərvinə ödəmək istədikləri qonorardan narazılığını dilə gətirib: "Bu iş müqabilində nəinki 1000 manat, 3000 manat da vermək azdır. Mənə baxın, görün heç 1000 manata iş görənə oxşayıram? Buna görə də seriallara çəkilmək istəmirəm. Ay ərzində hər gün əziyyət çəkirəm, çəkilişlər məni yorur. Bu iş qarşılığında təklif olunan məvacib isə olduqca azdır".
"Bəxt üzüyü"nün Sedası qızından geri qalmır
"Bəxt üzüyü" filminin Sedası, aktrisa-müğənni Firəngiz Rəhimbəyova sözün əsl mənasında illərə meydan oxuyur. Sənətçinin sosial şəbəkədə paylaşdığı yeni fotolarda hələ də formada olduğu görünür. Qızıyla fotolarını paylaşan Rəhimbəyova ondan heç də geri qalmır.
Prodüser Təranə Səmədova ilə rəqqasə Renka arasında KİŞİ ÜSTÜNDƏ DAVA GEDİR
Prodüser Təranə Səmədova ilə rəqqasə Renka (Rəna Ağamuradova) arasında qalmaqal yaşanıb. Şou-biznes nümayəndələri ATV-də yayımlanacaq "Top ulduzlar" adlı proqram üçün Şamaxıya yollanıblar.
Məşhurlarımızın instaqram "bazarı": kim nə qədər qiymət "oxuyur" - ARAŞDIRMA
Dünya ulduzları pul qazanmaq üçün yalnız istedadlarından istifadə etmirlər. Ciblərini doldurmaq üçün populyarlıqları da onların köməyinə çatır. Əksəriyyəti də sosial şəbəkədəki profillərindən istifadə edərək, müxtəlif məhsulları reklam edir və necə deyərlər oturduqları yerdə “qaz vurub, qazan doldururlar”.













.jpg)
