Mədəniyyət

Azəbaycanın rusdilli dövri mətbuat tarixindən bəhs edən kitab

14 Avqust 2017 09:49

“Elm və Təhsil” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevanın “Azəbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)” monoqrafiyası işıq üzü görüb. “Olaylar” bildirir ki, monoqrafiya Azərbaycanda rusdilli mətbuatın təşəkkül və inkişaf tarixinin kompleks şəkildə, hərtərəfli öyrənilməsinə, təhlilinə və ümumiləşdirilməsinə həsr olunan ilk peşəkar araşdırmadır. Monoqrafiyanın əsas məqsədi XIX əsrin ilk qərinəsində Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı nəticəsində baş vermiş ictimai-siyasi dəyişikliklər fonunda bölgədə rusdilli mətbuatın yaranmasının və yayılmasının ilkin şərtlərini aydınlaşdırmaq, onun təşəkkül və inkişaf qanunauyğunluqlarını aşkarlamaq, çar Rusiyasının əyalət mətbuatı ilə bağlı siyasətinin özəlliklərini nümayiş etdirməkdir.

Ondan sonra məni Vidadi obrazının məşqinə buraxmadılar...

13 Avqust 2017 16:05

Rola hazırlıq ərəfəsində onunla Akademik Milli Dram Teatrındakı otağında görüşdük. Bir neçə saat sonra “Almaz” tamaşasında Mirzə Səməndər obrazında səhnəyə çıxacaqdı. Əvvəl qrim otağına qalxıb, Mirzə Səməndər cildinə bürünməyinin şahidi olduq. Deyir, keçmiş illərdə qrimi özü edərmiş, müasir zamanın tələbi isə başqadır. O da zamana uyğunlaşıb, özünü peşəkar qrim ustasına həvalə edə bilir.

Fotoqraflar Birliyi və AMEA birgə müsabiqə ELAN EDİR

12 Avqust 2017 20:17

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir. Birlikdən “Olaylar” – a bildirilib ki, müsabiqə avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq. Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər – Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək.

Muzeyi bölgə muzeyləri ilə əməkdaşlıq edir

12 Avqust 2017 19:56

Mədəniyyət və Turizm Nazirliyinin razılığı və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü ilə muzey 2017-ci ildən regionlardakı bölgə muzeyləri ilə “Əməkdaşlıq və metodiki yardım” adlı layihənin həyata keçirilməsinə start verib. Məqsəd bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir. Milli İncəsənət Muzeyindən "Olaylar" - a  bildirilib ki, ilk olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən bu bölgənin - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc Tarix-diyarşünaslıq muzeyləri, M.Ə.Sabirin ev-muzeyi və İsmayıl bəy Qutqaşınlının xatirə muzeyi əməkdaşları ilə görüş keçirilib.

Ölən aktrisa üçün kömək istədi: "Yoxsa, kimsəsizlər qəbirstanlığında basdırılacaq"

11 Avqust 2017 17:10

Əminənin Türkiyədə basdırılmasına imkan verməyin. Xahiş edirəm, pul toplayın ki, Əminənin meyitini Bakıya gətirə bilək. Meyitin gətirilməsi üçün çox pul istəyirlər. 1 manat da olsa, kömək edin.

Kliniki ölüm keçirən aktrisa dəfn edilmir - Anası imkan vermir 

11 Avqust 2017 16:10

Türkiyədə dünyasını dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatından ayrılmayıb. Anası onun həyata qayıdacağına ümid bəslədiyi üçün buna razılıq vermir. Hansı ki, aktrisanın xalasıqızı Rübabə Səfərova saytımıza açıqlamasında onun bugün saat 12:00 radələrində süni nəfəs aparatından ayrılaraq dəfn olunacağını demişdi.

Azərbaycanlı müğənninin klipi Rusiyanın ən məşhur kanalında - VİDEO

11 Avqust 2017 15:00

Rusiyada fəaliyyət göstərən azərbaycanlı rəssam və müğənni Sultanın "Mоя стихия" adlı mahnısına çəkdirdiyi klip təqdim olunub. Klip Rusiyanın ən məşhur "Youtube" kanalı olan "StarPro" vasitəsilə tamaşaçıların ixtiyarına verilib. Mahnının musiqisi və sözləri Rusiyada yaşayan və gördükləri işlərlə populyarlıq qazanan həmyerlilərimiz Müşviq Dəmirov və Elbrus Canmirzəyevə aiddir.

Mətanət Əsədova biabır etdi: “Molla yanına gedir ki...”

11 Avqust 2017 13:52

Müğənni Mətanət Əsədova həmkarlarının ona cadu-tilsim etdirdiyini deyib. Açıqlama verən sənətçi paxıllığını çəkən həmkarlarına səslənib: “Paxıllığımı çəkənlər bütün günü qalıblar mollalarda. Səsimin, avazımın bir faizini öyrənin. Bilmirsinizsə, gəlin yanıma öyrədim. Amma cadu etdirməyi, ev yıxmağı yaxşı bacarırsınız.

Canlı aləmin qorunması üçün -“Canlı Aləm və Etika”

11 Avqust 2017 08:16

Avqustun 11 –də Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Fotoqraflar Birliyinin dəstəyi ilə “Canlı Aləm və Etika” adlı mətbuat konfransı keçiriləcək. Birlikdən “Olaylar” – a bildirirlir ki, məqsəd : Ətraf mühit, canlı aləmin qorunmasi hər hansı iş fəaliyyəti sahəsi kimi deyil, hər birimizin ən azından öz həyatımızın davamı naminə məsuliyyətimiz, həyat qarşısında insani borcumuzdur. Konfransda Dövlət Qeydiyyatından keçmiş, Heyvanlar Aləminin mühafizəsi sahəsində məsul və fəal olan təşkilatların Koalisiyası: Heyvanların Mühafizəsi Azərbaycan Cəmiyyəti, “Evsiz Heyvanların Müdafiəsi” Cəmiyyəti, “Alyans” Canlı Aləmin Mühafizəsi Cəmiyyəti və digərlər iştirak edəcəklər.

Gənc aktrisa vəfat etdi

11 Avqust 2017 08:02

Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib. Sosial şəbəkədə aktrisanın dostlarının verdiyi məlumata görə 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib. Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib: "Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".

“Kuklalar”  “YARAT” - da nümayiş olunacaq 

10 Avqust 2017 21:30

Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək. "Olaylar" bildirir ki, ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.

Faytonçu Nazim xəstəlikdən sonra bu hala düşdü

10 Avqust 2017 13:53

“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. İfaçının çox arıqladığı diqqətdən qaçmayıb. Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlanılıb. Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.

Teatrı beynəlxalq festivalda

10 Avqust 2017 11:41

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edib. “Olaylar” bildirir ki, festivalda rejissor Anar Sadıqovun əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş etdirilib.