Mədəniyyət

Xalça Muzeyində “Vüsal körpüsü”

19 Avqust 2017 09:44

Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçiriləcək. "Olaylar" bildirir ki, tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılacaq, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşəcəklər.

Azərbaycanlı aktrisa İspaniyadakı terrorun bir addımlığından döndü: "Allah bizi saxladı"

18 Avqust 2017 18:22

Tanınmış aktrisa Asya Atakişiyeva Barselonada dincəlir. Açıqlama verən aktrisa terrorun bir addımlığından döndüyünü bildirib: "Biz bir gün öncə terror baş verən ərazidə olmuşduq, yenidən ora qayıtmaq istəyirdik. Birdən fikrimizi dəyişdik ki, getməyək.

Alim Qasımovdan şıdırğı rəqs - VİDEO

18 Avqust 2017 17:39

Azərbaycan muğam xanəndisi, xalq artisti Alim Qasımovun maraqlı videosu yayılıb.  Xalq artisti dostları ilə birlikdə rəqs edərək əylənib. Alim Qasımovun rəqs videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Kənan MM-dən həyat yoldaşına JEST - "Bir könül sındırmışam"- VİDEO

18 Avqust 2017 17:10

Ötən günlərdə yeni filmi "Gecə qonağı 2"-nin tizerini yayımlayan Kənan MM həyat yoldaşına jest edib. Rejissor baş rollarını aktrisa Pərvin Abıyeva ilə paylaşdığı filmə Aygün Mahmudovanı da daxil edib. Belə ki, filmin soundtrekinin sənətçinin həyat yoldaşının oxuduğu üzə çıxıb. Bu barədə saytımıza açıqlama verən Kənan MM faktı təsdiqləyib: "Mərhum bəstəkarımız Ramiz Mirişili ilə söhbətimiz olmuşdu ki, Aygün onun mahnılarından ibarət bir albom çıxarsın. Lakin onda yeni ailə qurmuşduq, elə oldu ki, alınmadı. Mən də fikirləşdim ki, həm köhnə mahnıdır, həm də Ramiz bəyin arzusunu həyata keçirmiş olaram. Filmin PR-i ümumilikdə bu mahnı üzərindədir".

Azərbaycanlı müğənni boşanma səbəbini AÇIQLADI: "Uşağım tələf olandan sonra..."

18 Avqust 2017 16:15

Mən üç ildir ki, istirahət etmirəm. Ay gedim Bodruma, filan... Orada xərclədiyim üç mini sənətimə qoyaram, anama verərəm. Suraxanıda xalçanın üzərində uzanıb 1 saat rahat yatmaq mənim üçün elə istirahət deməkdir.

Çinli alim Aşıqlar Birliyində

18 Avqust 2017 15:13

Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub. Birlikdən  “Olaylar”-a bildirib ki, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanışlıq olub. Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı, onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.

Azərbaycan filminin namizədliyi verildi - Oskar mükafatına

18 Avqust 2017 15:02

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib. “Olaylar” İttifaqa istinadən bildiri ki, iclasda bir sıra məslələr müzakirə olunub.

"Mənə baxın, görün heç 1000 manata işləyənə oxşayıram?"

18 Avqust 2017 14:02

Ay ərzində gecə-gündüz işlədib 1000 manat vermək istəyirlər. Bu sözləri açıqlamasında aktrisa Pərvin Abıyeva söyləyib. Aktrisa rejissorların film müqabilində Pərvinə ödəmək istədikləri qonorardan narazılığını dilə gətirib: "Bu iş müqabilində nəinki 1000 manat, 3000 manat da vermək azdır. Mənə baxın, görün heç 1000 manata iş görənə oxşayıram? Buna görə də seriallara çəkilmək istəmirəm. Ay ərzində hər gün əziyyət çəkirəm, çəkilişlər məni yorur. Bu iş qarşılığında təklif olunan məvacib isə olduqca azdır".

"Bəxt üzüyü"nün Sedası qızından geri qalmır

18 Avqust 2017 12:27

"Bəxt üzüyü" filminin Sedası, aktrisa-müğənni Firəngiz Rəhimbəyova sözün əsl mənasında illərə meydan oxuyur. Sənətçinin sosial şəbəkədə paylaşdığı yeni fotolarda hələ də formada olduğu görünür. Qızıyla fotolarını paylaşan Rəhimbəyova ondan heç də geri qalmır. 

Prodüser Təranə Səmədova ilə rəqqasə Renka arasında KİŞİ ÜSTÜNDƏ DAVA GEDİR

18 Avqust 2017 12:24

Prodüser Təranə Səmədova ilə rəqqasə Renka (Rəna Ağamuradova) arasında qalmaqal yaşanıb.  Şou-biznes nümayəndələri ATV-də yayımlanacaq "Top ulduzlar" adlı proqram üçün Şamaxıya yollanıblar.

Məşhurlarımızın instaqram "bazarı": kim nə qədər qiymət "oxuyur" - ARAŞDIRMA

18 Avqust 2017 12:09

Dünya ulduzları pul qazanmaq üçün yalnız istedadlarından istifadə etmirlər. Ciblərini doldurmaq üçün populyarlıqları da onların köməyinə çatır. Əksəriyyəti də sosial şəbəkədəki profillərindən istifadə edərək, müxtəlif məhsulları reklam edir və necə deyərlər oturduqları yerdə “qaz vurub, qazan doldururlar”.

“Bəsdirin də, bambılılar, düşüklər” – Səidə Sultan YIXIB-SÜRÜDÜ

17 Avqust 2017 14:10

Tanınmış müğənni Səidə Sultan instaqram hesabında “like” xəstəsi olan tanışlarını tənqid edib. Onları “düşük” olmaqda günahlandıran ifaçı bunları yazıb: “İndiki zamanda bəzi insanları elə bil instaqram əkib, doğub. Bəziləri “like” toplamaqdan ötrü dəridən-qabıqdan çıxırlar.