Mədəniyyət

Rahidə Baxış və Yaşar Yusub “Retro Bakı” layihəsində

24 Avqust 2017 11:12

Nigar Nigar “Olaylar” Avqustun 25 – 26 – da Fəvvarələr Meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konserti baş tutacaq. “Olaylar” bildirir ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər Rahidə Baxış və Yaşar Yusub olacaqlar.

“Üçüncü günün adamı”  Montreal Beynəlxalq Film Festivalında

24 Avqust 2017 07:26

Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək. Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.

Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar

23 Avqust 2017 18:10

Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb.  Xalq artisti açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm.

Bayram Kürdəxanılı vəfat etdi

23 Avqust 2017 06:48

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Quliyev ötən gecə Kürdəxanı ərazisində  avtomobil vurub. "Olaylar" bildiriir ki, toy mərasimindən evinə dönən Bayram Kürdəxanlı yolu keçmək istərkən, Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Hadisəni törətmiş şəxs onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxana ustasının həyatını xilas eləmək mümükün olmayıb.

Filmlərimiz Trabzon Beynəlxalq Film Festivalına dəvət aldı

22 Avqust 2017 17:05

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Olaylar” – a bildirilib ki, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyədə Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival avqustun 26-dək davam edəcək.

Səmra Rəhimli bu oğlanla sevgilidir

22 Avqust 2017 12:24

Sonuncu dəfə "Badminton" klipi ilə gündəmə gələn gənc müğənni Səmra Rəhimlinin sevgilisinin kim olduğu məlum olub. İfaçının eşq yaşadığı oğlan, klipdəki partnyoru, tanınmış fitness-model və treyner Fövqi Əfəndidir. İddialara görə, bundan öncə "Miss & Mister Azerbaijan - 2016" müsabiqəsində "II Vice Miss Azerbaijan" seçilən model Günel Məmmədova ilə eşq yaşayan treyner Səmra Rəhimli ilə tanış olduqdan sonra sevgilisi ilə ayrılıb.

Yeni televiziya layihəsi - “Muğamat var olan yerdə”

22 Avqust 2017 08:26

Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə “Muğamat var olan yerdə” televiziya layihəsinə start verilir. Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə həyata keçirilir. Mərkəzdən "Olaylar" - a bildirlib ki, layihədə məqsəd Bakıda və şəhərətrafı ərazilərdə yaşayan sakinlərə, eləcə də televiziya tamaşaçılarına milli musiqi incilərimizi təqdim etməkdir. “Muğamat var olan yerdə” televiziya layihəsinin ilk buraxılışı avqustun 23-də Mərdəkan Mədəniyyət Sarayında reallaşdırılacaq.

Filmlərimiz Beynəlxalq Festivalda

22 Avqust 2017 08:18

Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. "Olaylar" bildirir  ki,festival avqustun 31-dək davam edəcək.  Festivalda müxtəliflik və multikultural dəyərlər təbliğ olunur. Ölkəmizi bu festivalda "Buta" və "Girov" filmləri təmsil edib.  Filmlər Seul Tarix Muzeyində nümayiş olunub. Qeyd edək ki, "Buta" filmi2011 - ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, rejissoru İlqar Nəcəfdi.

"Retro Bakı" - da bu həftə kimlər oldu?

21 Avqust 2017 17:52

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə “Retro Bakı” konsertləri baş tutub. Baş İdarədən "Olaylar" - a bildirilib ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Samirə Allahverdiyeva, “Tin uşaqları” qrupu, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl, Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman və “Renessans” qrupunun iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konserti izləyən paytaxt sakinləri və turistlər rəngarəng musiqi sədaları altında rəqs ediblər.

Azərbaycan ruhu Monenin vətənində

21 Avqust 2017 15:55

Fransanın Normandiya bölgəsində hər il keçirilən və sayca on üçüncü “Musique de Chambre à Giverny” festivalının “La Route de la Soie” (Böyük İpək Yolu) adlı bölməsində Azərbaycanın klassik musiqisi diqqət mərkəzində olub. 17-27 avqust tarixlərində keçirilən sözügedən festival 11 konsert və konfransdan ibarətdir. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi tərəfindən dəstəklənib. Cəmiyyətdən “Olaylar” – a bildirilib ki, Giverny İmpressionizm Muzeyi və Vernon Hökumət Evi də daxil olmaqla müxtəlif gözəl mənzərəli məkanlarda keçirilən festivalın Böyük İpək Yolu hissəsi Azərbaycan, şərq və şərqdən ilham almış Qərb bəstəkarlarının orijinal əsərlərindən təşkil olunub. Tədbirdə həmçinin yetmiş yaşını qeyd edən Dünyaca məhşur Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin əsərləri də səsləndirilib. Bəstəkarın simli kvartet üçün yazdığı "Muğam Sayağı" adlı əsəri ifa edilib.

Xəstəlikdən dünyasını dəyişən aktrisanın SEVGİLİSİ GÖRÜN kim imiş

21 Avqust 2017 13:32

Bir neçə gün bundan öncə əstəlikdən dünyasını dəyişən azərbaycanlı aktrisa Mila Əminə ilə bağlı yeni məqamlar aşkara çıxıb. 

Məmmədbağır Bağırzadə ilə bağlı 33 illik SİRR AÇILDI

21 Avqust 2017 13:30

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər mərhum xalq artisti Məmmədbağır Bağırzadə ilə bağlı heç yerdə demədiyi sirri açıb. Açıqlama verən bəstəkar illəröncə baş verən bir hadisəni xatırladıb: “Sovetin qılıncının qəbzəsinin də kəsən vaxtları idi. Onda bəstəkar yazdığı mahnıya görə müğənnidən pul almazdı. Buna görə cəzalana bilərdi. Çünki bu məsələ Bədii Şuranın nəzarəti altında idi. Biz əsərimizi, mahnımızı Bədii Şuraya təqdim edirdik və buna görə də qonorar alırdıq. Bir gün dedilər ki, Məmmədbağır Bağırzadə təcili səni axtarır.

Xalq artistinə qarşı dələduzluq

20 Avqust 2017 09:25

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Bu barədə müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib. Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb: "Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".