Mədəniyyət

“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi

22 Sentyabr 2017 15:03

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda növbəti dəfə Mahmud Qaşqarlı adına Beynəlxalq Fondun təsis etdiyi “Mahmud Qaşqarlı” mükafatının təqdimat mərasimi keçirilib. Bugünkü təqdimatda xalq yazıçısı Çingiz Abdullayev və hüquq elmləri doktoru, professor İlham Rəhimov “Mahmud Qaşqarlı” mükafatı ilə təltif ediliblər.

Elnarə ərindən danışdı: "Mənə əl qaldırsa…" 

22 Sentyabr 2017 14:37

Müğənni Elnarə Xəlilova şəxsi həyatından bəhs edib. Sənətçi həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib: "Bu illər ərzində bir dəfə də olsun həyat yoldaşım Rövşən mənə əl qaldırmayıb. O bilir ki, əgər mənə əl qaldırsa, həmin gün onun yanından gedərəm. Mənə əl qaldırmasa da, bir baxışı və bir kəlmə sözü bəs edir. O, elə bir sərt söz deyə bilər ki, adamın yeddi qatından keçər. Necə deyərlər, əsl Azərbaycan kişisidir.

Nizami Kino Mərkəzində yenilik

22 Sentyabr 2017 14:01

Sabirin ev muzeyi söküldü

22 Sentyabr 2017 13:56

Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb. İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, buna səbəb evin bir divarının uçması olub. Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".

Müslüm Maqomayevi öldürən səbəb - Kobzondan təəccübləndirən açıqlama

22 Sentyabr 2017 12:38

Müslümə pərəstiş edən, onun çıxışlarını səbirsizliklə gözləyən həmin auditoriya yox oldu. Bundan sonra həyat da Müslüm üçün mənasızlaşdı. Bu fikirləri Aif.ru saytına müsahibəsində SSRİ xalq artisti İosif Kobzon səsləndirib. Bu yaxınlarda 80 illik yubileyini qeyd edən müğənni Müslüm Maqomayevin ölümünə özünəməxsus şəkildə münasibət bildirib. Həmin fikri bütövlükdə təqdim edirik:

Xalq artisti Rafiq Hüseynov Bakıya gəlib

22 Sentyabr 2017 11:24

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Bakıya gəlib. Bu bardə diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 21-də gecə saatlarında İstanbuldan Bakıya dönüblər:

Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

22 Sentyabr 2017 09:35

Bəstəkarlar İttifaqında klassik Azərbaycan bəstəkarlarının xor, vokal və kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında xidmətlərindən danışıb. O, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların onun zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını bildirib. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinə olduğunu deyən F.Əlizadə onun əsərlərinin araşdırılmasının hər zaman aktual olacağını qeyd edib.

Muğam Mərkəzində “Sevgili canan”

22 Sentyabr 2017 09:31

Beynəlxalq Muğam Mərkəzində “Sevgili canan” adlı konsert proqramı təqdim edilib. Konsert Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.

“Forsaj-şou” Bakıda

21 Sentyabr 2017 17:26

Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək. "Olaylar" bildirir ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir. Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.

Safura 25 yaşını belə qeyd etdi

21 Sentyabr 2017 16:26

İkinci uşağına hamilə olan eks-müğənni Safura Əlizadə doğum gününü qeyd edib. Bakıda keçirilən ad günü partisində Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Avroviziya təmsilçimiz Aysel Adıgözəlzadə, aktyor Cabir İmanov və həyat yoldaşı, Safuranın bacısı, modelyer Fidan Əlizadə və ailə yaxınları da olub. 25 yaşlı sənətçi doğum günündən olan fotoları sosial media hesabında paylaşıb.

“Leyli və Məcnun” 100 ildən sonra Moskvada nümayiş olunacaq

21 Sentyabr 2017 16:07

 Oktyabrın 16 – da Moskva şəhərində, “Crocus City Hall” konsert zalında Məhəmməd Füzulinin eyni adlı faciəsinin motivləri əsasında, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 1908 – ci ildə bəstələdiyi, Azərbaycan milli musiqi mədəniyyətinin incisi hesab olunan “Leyli və Məcnun” operası nümayiş olunacaq. Bununla bağlı, sentyabrın 21 – də Milli Konservatoriyada mətbuat konfransı keçirildi. Konfransda Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, gənc xanəndə Arzu Əliyeva iştirak edirdilər. Premyera Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Milli Konservatoriyanın və Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət studiyasının təşkilatçılığı ilə baş tutacaq.

UNESCO- nun sülh artisti Muğam Mərkəzinin səhnəsində çıxış etdi

21 Sentyabr 2017 14:14

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxlaq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib. “Olaylar” bildirir ki, gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı  Gürcüstanın “The medal of Georgian Government” (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış etdi. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 – ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görülüb. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan  Batumi Ümummilli festifalının təsisçisidir.       

Pakistan Müdafiə Nazirliyinin nümayəndələri Tarix Muzeyində 

21 Sentyabr 2017 09:26

Pakistan İslam Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub. "Olaylar" bildirir ki, muzeyin Elmi-maarif və ekskursiyalar şöbəsinin müdiri, t.ü.f.d Bəxtiyar Sayılov qonaqlara bu elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və ekspozisiyaları barədə ətraflı məlumat verilib.

"Damladan aldığım zərbəni heç bir müğənnidən almamışam" - Manaf Ağayev

20 Sentyabr 2017 17:08

ARB TV-nin "Səhər- Səhər" verilişinin növbəti qonaqları müğənni Damla və Manaf Ağayev olub. Aralarındakı soyuqluqdan heç bir əsər-əlamət qalmadığını vurğulayan Damla artıq barışdıqlarını bildirib. "Biz sənət dostuyuq. Mən Manaf bəyin qızı yerindəyəm. Heç bir zaman mən Manaf müəllimə hörmətsizlik etmərəm. Oldu keçdi. Biz söz vermişik ki, danışmayacağıq bu haqda. Küsülü deyilik artıq". Daha sonra Manaf Ağayev Damlanın üzr istədiyini və bununla da barışdıqlarını qeyd edib:

"Ailə təklifləri var, qızımı köçürüm, daha sonra ..." - Əməkdar artistdən etiraflar 

20 Sentyabr 2017 17:07

 Əməkdar artist Nahidə Orucova yeni imici ilə qatıldığı məclisdə hər kəsin diqqətini öz üzərinə çəkib. Keçirdiyi xəstəlikdən şikayətlənən aktrisa bütün çətinlikləri geridə qoyduğunu etiraf edib: "Mən illərlə mədə ağrısından çox böyük əziyyət çəkdim. Bu ağrı mənə çox böyük fəsadlar verirdi. Təzyiqim, şəkərim qalxırdı. Təsəvvür edin, biz İrana getmişik. İşçilərimiz İrandan ədviyyatlar alıb gəlir, mənsə bir çamadan dərmanla geri qayıdırdım. Çox əziyyət çəkirdim. O qədər bezmişdim ki. Dedim buna son qoymalıyam. Nəticədə, mədə əməliyyatı etdirdim". Aktrisa onlardan nəyisə gizlətməyin mənasız olduğunu söyləyib: