Mədəniyyət

Elza “Xalqın şairi”ndən niyə uzaqlaşdı? – Açıqlama

25 Sentyabr 2017 10:37

Növbəti verilişlərdə Elza Seyidcahanın əyləşdiyi kürsüdə dəyərli aktrisamız, əməkdar artist Gülşad Baxşıyeva olacaq. Bu sözləri ARB TV-də yayımlanan “Xalqın şairi” adlı şeir müsabiqəsinin layihə rəhbəri və verilişin aparıcısı Mübariz Əsgərov deyib. Onun sözlərinə görə, E.Seyidcahanla bağlı heç bir problem yoxdur. Sadəcə, verilişin formatı belədir: “Xalıqın şairi” verilişi başlamazdan əvvəl açıqlama vermişdim ki, münsif kürsüsündə şair və ədəbiyyatşünaslardan başqa bir də incəsənət nümayəndəsi olacaq. Bildirmişdim ki, bu incəsənət nümayəndəsi tez-tez dəyişəcək. Burada müğənni, bəstəkar, aktyor və ya aktrisa ola bilər. Elza Seyidcahanla bağlı heç bir problem yoxdur. Orada səslənən şeirlərdən Elza xanım özü də götürüb və musiqi bəstələyəcək. Yəqin verilişin finalında həmin mahnılar səslənəcək.

“Turizm həftə”sinə start verilir

25 Sentyabr 2017 09:50

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edir. "Olaylar" bildirir ki, 25-29 sentyabr tarixlərində keçiriləcək “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub. Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00–da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

"Kənddə sonuncu yəhudi" sənədli filmi "Rommy" mükafatı uğrunda mübarizə aparacaq

25 Sentyabr 2017 09:39

Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına seçilib. Film festivalın "Rommy" mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də, doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.

5000 illik  tarixə malik qazma tipli evlər aşkarlandı - AZƏRBAYCANDA

24 Sentyabr 2017 16:16

Azərbaycanda 5000 illik tarixə malik qazma tipli evlər aşkarlanıb. Kür-Araz mədəniyyətinə aid abidə Şabran rayonu, Aygün kəndi ərazisində Çaqqaltəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurovun verdiyi məlumata görə, ərazidə 3 təpə var və onların hər biri eramızdan əvvəl (e.ə) IV minilliyin sonu III minilliyin əvvəlinə aiddir.

"Musiqidə əbədiləşən ömür"

23 Sentyabr 2017 22:20

Görkəmli bəstəkar, ictimai xadim, dirijor Müslüm Maqomayev Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyətlərdəndir. Maqomayevin Azərbaycan musiqisində bəstəkar yaradıcılığının Avropa janrına uyğunlaşmasında çox önəmli rolu vardır. O hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq, operada çoxsəsli xora üstünlük vermək lazımdır. O ifaçı tərəfindən edilən improvizasiya üsulunun əleyhinə idi. Onun fikrincə operanın mütləq not yazısı olmalı, ifaçılar ciddi surətdə həmin not yazısını ifa etməli idi. Bu fikirlər Azərbaycan musiqisində səhnə əsərlərinin Avropa sayağı formalaşmasının ilk qığılcımları idi. Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində sadə və zəhmətkeş silahqayıran dəmirçinin ailəsində anadan olmuşdur. Maqomayevin musiqi ilə ilk tanışlığı evlərində başlamışdır. Atası dəmirçi olsa da musiqini çox sevən biri idi.

Gənc Tamaşaçılar Teatrı  90 - cı yubiley mövsümünə start verdi

23 Sentyabr 2017 21:55

Sentyabrın 23-də Gənc tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verdi. Teatrın səhnəsində böyük M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub. T"Olaylar" bildirir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov , teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları salamlayaraq təbrik etdilər. Teatrın direktoru çıxışı zamanı diqqətə çatdırdı ki, bu il ADGTT özünün 90 illik yubileyinə hazırlaşır.

Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyi Varşavanın Kral Sarayında qeyd ediləcək

23 Sentyabr 2017 18:33

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil ediləcəkdir. "Olaylar" bildirir ki, Varşava şəhərində keçiriləcək təntənəli konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış edəcəkdir.

Milli Dram Teatrı  mövsümü "Qarabağnamə" ilə açdı

23 Sentyabr 2017 18:28

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açıb. "Olaylar" bildirir ki, Xalq Yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Ən böyük xəyanət – Rəbiqə yazır...

23 Sentyabr 2017 16:23

Rəbiqə Nazimqızının “Ən böyük xəyanət sənsizliyin özüdür” essesi. Almalı qəlyanının ətri gəlir aralıdan. Hava soyuyub. Adam azdı. Bir az aralıda tanışlardı. Masalarına dəvət etdilər, getmədim. Özümü görmək istəmirəm, onlar özümü xatırladacaqdılar, başlayacaq bir az ezoterik, bir az ədəbi söhbətlər. O şairin heç vaxt mənasını anlamadığım uzun-uzadı çıxışı.

Musiqili Teatrda  - “Molla Nəsrəddinin beş arvadı”

22 Sentyabr 2017 15:36

Sentyabrın 22 – də  Dövlət Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası nümayiş olunacaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” -  a  bildirib ki, ötən - 107-ci teatr mövsümünə məhz bu tamaşanın premyerası ilə yekun vurulub. Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.

“Şəhadət” filminin təqdimat mərasimi keçirilib 

22 Sentyabr 2017 15:27

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan partiyasının fəal gəncləri və dini icma nümayəndələri iştirak ediblər. Tədbirdə sənədli film nümayiş etdirilib.