Mədəniyyət

Könül Xasıyeva ona 70 min atan müğənnini bağışladı

20 Sentyabr 2017 16:57

Xalq artisti Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb. Bunu muğam ifaçısının vəkili Şəfiqə Nağıyeva deyib.  Onun sözlərinə görə, K.Xasıyeva ona 70 min manat atan müğənninin barəsində olan şikayət ərizəsini geri götürüb: "Könülün ona yazığı gəldi. Dedi ki, "yazıqdır, bu qərar götürülsün, amma mənim pulum ödənilsin". Xatirə də ona söz verdi ki, 70 min manatı ödəniləcək. Pulun 20 minini ödəyib. Qalan 50 mini isə oktyabr ayına kimi ödəməlidir". Ş.Nağıyeva qeyd edib ki, K.Xasıyeva xəstədir və müalicələr üçün pul xərcləyir: 

Bu gün azərbaycanlı teleaparıcının toyudur

20 Sentyabr 2017 16:45

Bu gün Azərbaycan idman jurnalistikası üçün xoş bir gündür. Tanınmış jurnalist, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Firuz Abdulla "CBC Sport" kanalının şərhçisi Səmra Əliyevaailə həyatı qurur.

"Bu günə kimi mənə 17 maşın hədiyyə edilib"

20 Sentyabr 2017 16:24

"Sağ olsun mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə maşın hədiyyə ediblər. Tək maşın yox, nələr hədiyyə bağışlayıblar. Bundan əvvəlki maşınım 50 min dollara idi. Yeni avtomobilim tamam başqadır". Bu sözləri müğənni Mətanət Əsədova "5/5" verilişinə açıqlamasında deyib. Sənətçi bu günə kimi ona 17 maşın hədiyyə olunduğunu söyləyib. Bir müddət əvvəl ailə qurmağa hazırlaşdığını deyən M.Əsədova toyun təxirə düşdüyünü söyləyib. Müğənni son günlər sosial şəbəkədə paylaşdığı romantik fotolardan danışıb:

“Leyli və Məcnun” operası ilk dəfə Moskvada tamaşaya qoyulacaq

20 Sentyabr 2017 16:13

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Moskvada tamaşaya qoyulacaq. Səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı  Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq. Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.

Bərdia Kiyarəs Musiqili Teatrda

20 Sentyabr 2017 14:23

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. 26 sentyabra qədər davam edəcək bu nüfüzlu festivalda  Musiqili Teatrı da iştirak edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatr festival çərçivəsində dahi Üzeyir Hacıbəylinin iki əsərini – 23 sentyabr tarixində “Arşın mal alan”, 24 sentyabr tarixində isə “O olmasın, bu olsun” tamaşalarını təqdim edəcək. Bu dəfə Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakının xüsusi bir özəlliyi var. Belə ki, festival çərçivəsində nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək.

Sazın Məhəmməd peyğəmbəri – Şərif Ağayar yazır

20 Sentyabr 2017 14:03

İnsan geniylə valideynin, qanıyla millətin, ruhuyla tanrının övladıdır. Mənim fikrimcə, əsl sənətkar bəşərin tanrı ilə qohumluğunu daima onun yadına salır, ən ağır məqamlarda ipin o mənəviyyat və gözəlliklər dünyasından üzülməsinə imkan vermir. Belə sənətkarların sayı dünyada çox azdır, bizdə isə barmaqla sayılacaq qədərdir. Ədalət Nəsibov bir əlin yarı barmağının saya biləcəyi nadir sənətkarlardandır. Məşğul olduğu saz ifaçılığı sahəsində isə Tanrının özü kimi yekdir, şəriksizdir.

Tələbələr Rus Dram Teatrının səhnəsində

20 Sentyabr 2017 12:53

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yeni mövsümünün açılışında iştirak ediblər. “Olaylar” bildirir ki,  Univesitetin musiqi sənəti kafedrasının tələbələri Pərvin Paşazadə, Ziya Bağırov, İlqar Paşayev, Hüseyn İbrahimov fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" adlı tamaşasının premyerasında yer alıblar. Bütün yayı teatrın truppası ilə məşq edən tələbələr tamaşada uğurla çıxış ediblər.Səhnə əsərində Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

Elza Seyidcahandan ölən pişiyi barədə ŞOK SÖZLƏR: “Namuslu-qeyrətli idi, nə qədər cütləşdirmək istəsək də...” 

20 Sentyabr 2017 12:35

Əməkdar artist Elza Seyidcahana itki üz verib. Onun pişiyi “Ceyla” ölüb. Saytımıza açıqlama verən müğənni gözyaşlarını saxlaya bilməyib: “Ceyla 11 ildir bizim evdə idi və çölə çıxmırdı. Ölməyinə bir gün qalmış biz onu çölə çıxardıq. Heyvanları görəndə aqressivləşirdi. Neçə dəfə istəmişdik onu cütləşdirək, ancaq o bizə hücum edirdi. Bir dəfə hoppandı oğlumu və məni dişlədi. Məni dişləyəndən sonra pis oldu və geri çəkildi. Ailəmizdə hər kəs onu sevirdi. Təkcə anam xoşlamırdı ki, o masanın üstünə çıxsın. Ceyla mebelləri korlayırdı, ancaq ona heç nə demirdim. Baxmayaraq ki, qızım da onu çox sevirdi, amma Ceylanı tənbeh edirdi. Ona “olmaz” sözünü heç vaxt deməmişəm. 11 ildir rahat yatmamışam, oturmamışam, yemək yeməmişəm, musiqi bəstələməmişəm, şeir yazmamışam. Mən vərəq götürəndə gəlib vərəqin üstündə otururdu.

"Onları biabır etmək istəmirəm"

20 Sentyabr 2017 12:13

Azərbaycanda 800 min internet istifadəçisi var. Bunlar arasına istifadə edilməyən profillər də daxildir. Bu sözləri xalq artisti Faiq Ağayev Murad Arifin "Status" verilişində deyib.  Müğənni İnstaqram-da izləyicilərinin sayını pulla artıran həmkarlarından danışıb: "1, 2, bəziləri hətta deyir, 4 milyon izləyicim var. Axtarsan, o izləyicilərin hamısı Nigeriya, Zimbabve, Polşadan çıxacaq. Çünki izləyicini süni artırırlar. Gəl indi insanları başa sal ki, gerçək izləyici kimdir, saxta kim. Bunlar proqram vasitəsiylə çoxaldılır. Əgər 1 milyon izləyicisi olan insanın mahnısına 13 şərh, 100 bəyənmə varsa, hansı 1 milyon izləyicilərdən danışılır? Bunu halal yolla qazanan insanlar tək-tükdür. Bunları biabır etmək istəmirəm. 

"Səsimi unutma"  29-cu mövsümün açılışında

20 Sentyabr 2017 11:56

Sentyabr ayının 20-də Azərbaycan Dövlət YUĞ Teatrı K. Abdullanın "Bir, iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşası ilə 29 - cu mövsümü açacaq. "Olaylar" bildirir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. 

“Əli və Nino” filmi Dubayda nümayiş etdirilib

20 Sentyabr 2017 11:20

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi Dubayda təqdim olunub. Dubay Əmirliyinin möhtəşəm “Emirates Mall” mərkəzində nümayiş olunan "Əli və Nino" filmi tamaşaçıların böyük marağına səbəb olub. Bu kimi əsərlər Azərbaycanın hələ qədimdən, tolerantlıq və multikulturalizm diyarı olduğunun bariz nümunəsidir.

Bakı Kitab Klubunun direktoru vəfat etdi

20 Sentyabr 2017 11:00

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Belə ki, E.Rzayev uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib. O, bu gün Badamdar qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Ədəbi ilişkilərin inkişafına şeir çələngli töhfə

20 Sentyabr 2017 10:57

Sovet dönəmində yaşamış adamların yaxşı yadında olar, hər il bir respublikada 15 “qardaş” respublikadan birinin ədəbiyyat-incəsənət günləri keçirilərdi. Bu günlərdə iştirakçı ölkənin, kino-teatrlarda kinoları yayımlanır, rəssamlarının rəsm əsərləri sərgilənir, müğənnilərin kənd və şəhərlərin mədəniyyət evlərində konsertləri olur, şair və yazıçılarla orta və ali məktəblərdə, zavod, fabriklərdə, mədəniyyət ocaqlarında geniş oxucu kütləsilə görüşləri təşkil edilirdi, nəşiryyatlarda yüksək tirajla və nəfis tərtibatla kitablar, kitabçalar, broşurlar buraxılırdı. Bir sözlə, iştirakcı ölkənin hər sahədə geniş təbliğatı aparılırdı. Orta məktəbin dərsliklərində bəzi “qardaş” respublikaların şair və yazıçılarının həyat-yaradıcılığı uşaqlara öyrədilirdi. Bu da, müxtəlif millətlərin bir-birini yaxşı tanımasına, ədəbiyyatının, mədəniyyətinin geniş yayılmasına şərait yaradırdı. Yetmiş ilə yaxın yaşayan, höküm sürən “dostluğumuz”, “qardaşlığımız” bir anda sabun köpüyü kimi dağıldı.

V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək

20 Sentyabr 2017 10:54

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək. Sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib. Üç gün davam edəcək (saat 10:00-dan 18:00-dək) sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq.