Mədəniyyət

Rusiya mətbuatı hansı aktyorumuzdan yazdı?

13 Dekabr 2017 19:15

Xəbər verdiyimiz kimi ADGTT-nın aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr festivalında uğurla çıxış edərək “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülmüşdü. Olaylar.az bildirir ki, Festivalda ölkəmizi Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edən aktyorunuzn oyunu haqqında Rusiya mətbuatında bir neçə məqalə dərc edilib.

Həftəsonu 8 tamaşa nümayiş olunacaq - Gənc Tamaşaçılar Teatrında

13 Dekabr 2017 19:12

Gənc Tamaşaçılar Teatrı dekabr ayının 15-də saat 14:00-da böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan”, saat 19:00-da isə türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar” tamaşalarını nümayiş etdirəcəkdir. Olaylar.az bildirir ki, dekabrın 16-da axşam saat 19:00-da L.Nurenin “Mən gəldim qızlar”, 17-də isə saat 19:00-da D.Fo, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” komediyasını təqdim edəcəkdir.

Azərbaycan və Belaruslu opera ulduzları birgə çıxış edəcəklər

13 Dekabr 2017 19:09

Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada əsas rollardan birini - Qraf di Luna partiyasını ifa etmək üçün Teatrın öz yetirməsi, hazırda Almaniyanın Manhyem Milli Operasında çalışan istedadlı opera sənətçisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayevi dəvət etmişdir. Almaniyada çalışmaqla bərabər mütəmadi olaraq həm də Avropanın bir sıra ölkələrində ən mötəbər teatrların səhnələrində çıxış edən Ə.Abdullayev doğma teatrını da unutmur, hər dəfə Bakıdan qastrol təklifi alarkən, onu böyük həvəslə qəbul edir.

“Azərbaycan klassik ədəbiyyatının səhnə həlli” mövzusunda mühazirə

13 Dekabr 2017 19:06

Dekabrın 13-də Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfanın “Azərbaycan klassik ədəbiyyatının səhnə həlli” mövzusunda mühazirəsini təşkil edib. Olaylar.az bildirir ki, Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecində gerçəkləşən tədbiri Fondun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı giriş sözü ilə açaraq, “Mədəni maarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən layihələrdən danışıb, Fondun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində “Mizan” Tələbə Dram Dərnəyinin yaradılması zərurətini diqqətə çatdırıb.

Akademik Milli Dram Teatrında premyera

13 Dekabr 2017 18:58

Dekabrın 14-də Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi

13 Dekabr 2017 18:54

Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktrisası Zemfira Quliyevanın bu il 80 yaşı tamam olur. Qurumun Mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, Dövlət Musiqili Teatrında 80 illik yubileyi münasibəti ilə Zemfira Quliyevanın xatirəsi anılacaq. Belə ki, dekabrın 17 - də  dahi Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi mərhum aktirisanın 80 illiyinə həsr olunacaq. Tamaşaçıların xatirəsində işıqlı iz qoyan Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Quliyeva vaxtı ilə bu ölməz səhnə əsərində Gülçöhrə obrazını canlandırıb.

"Muğam və Mənəviyyat” adlı layihənin növbəti konserti 

13 Dekabr 2017 18:48

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalının birgə təşkilatçılığı ilə “Muğam və Mənəviyyat” layihəsi silsiləsindən “Hümayun” dəstgahı adlı növbəti konsert keçiriləcək. Olaylar.az bildirir ki, gecədə  Xalq artisti Gülyanaq Məmmədova “Çahargah”, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov “Şur”, xanəndə Kamilə Nəbiyeva “Zabul” muğamlarından parçalar, xalq mahnıları və təsniflər  səsləndirəcəklər. Tanınmış xanəndə Fəraməz Gərmrudi  isə “Hümayun” muğamını ifa edəcəkdir.

Səidə anasının evlilik verilişinə çıxmasından DANIŞDI “Həyasızın biridir"

13 Dekabr 2017 18:45

Müğənni Səidə Dadaşova bir müddət öncə Türkiyədə evlilik verilişinə çıxan anası Sədaqət Dadaşova barədə danışıb. Məlumata görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, anasının evlilik verilişinə qatılmaqda məqsədi yenidən ailə qurmaq olmayıb: “Anam evlilik verilişinə çıxanda mənə nə tənqidlər yaza bilərdilər ki? Mən Sədaqət Dadaşova deyiləm ki.

Damla bu məşhurla evliliyə razılıq verdi - “İlin toyu ola bilər” - VİDEO

13 Dekabr 2017 15:17

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Damla və onun duet ortağı Elnar Xəlilov maraqlı etirafları ilə yadda qalıblar. aparıcı Elgiz Elnara "Niyə ayrılmısan?" sualı ilə müraciət edib. Müğənni aparıcıya "Mən indi ayrılmamışam ki. Bu, 5 il əvvəl baş verib. Oğlum anasındadır" cavabını verib.

Beynəlxalq Muğam Mərkəzində yubiley

13 Dekabr 2017 12:58

Dekabrın 18- də  Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yaranmasına həsr edilmiş silsilə konsertlər çərçivəsində məktəbin nəfəs alətləri şöbəsinin müəllim və şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

Azəri qızı Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”

13 Dekabr 2017 12:39

Günül Zeynalova adının Rza Zərrabla hallanmaması üçün mətbuat orqanlarına müraciət edib. Azərbaycanlı müğənni bu məsələ ilə ağlı narahatlığını dilə gətirib. Günelin müraciətii olduğu kimi təqdim edirik: “Keçmişdə yaşanmış və bitmiş münasibətimlə bağlı son günlər mətbuatda çıxan xəbərlərdə adımın davamlı hallanmasından narahatam və üzülürəm.

Elçin Hüseynbəyli yeni romanını təqdim edəcək

13 Dekabr 2017 11:25

Dekabrın 13-də, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda  yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçiriləcək. Olaylar.az bildirir ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Röya, İradə və Nigar qalmqalı böyüyür: "Sizə görə həyasız mənəm, amma..."

13 Dekabr 2017 11:16

"Altın kelebek" mükafatlandırma mərasimi bitsə də, onun ətrafında yaranan mübahisələr bitmək bilmir. Nigar Camal və əməkdar artist Röya Ayxan arasında yaranan savaş dünən gecə daha da alovlanıb. Məsələyə münasibəti "İnstaqram" hesabından verən Nigar qalmaqalın onluq olmadığını bildirib və bu sözləri yazıb: "Əziz dostlar, "Altın Kelebek" mövzusu ilə bağlı nə deyibsə, canı sağ olsun. Mən bir daha təbrik eləyirəm. Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil və bu cür söhbətlərə girmirəm. Röyanı və Röya sevərləri təbrik edirəm".