Mədəniyyət
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü
Dekabrın 12- də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin elmi işçisi Əzirə Abdullayeva “Heydər Əliyev – Azərbaycan xalqının Ümümimilli lideri” mövzusunda çıxış edib. Tədbirdə Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Sevda Mahmudova Qara Qarayevin do minor prelüdünü ifa etmişdir.
Plagiat: Emin Sabitoğlu, Zeynəb Xanlarova, Nil Burak...
Son aylar Emin Sabitoğlunun bəzi bəstələrinin əslində orjinal olmadığı ilə bağlı bir neçə xəbər oxumuşam. Plagiat imiş. Tutaq ki, bu, belədir. Qoy olsun.
Ramiz Məlik də Məleykəni məhkəməyə verdi: “300 min təzminat istəyir"
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verməyə hazırlaşır. O, bu barədə açıqlamasında bildirib: “Ayın 19-u məhkəməmizdir. Mən də vəziyyətə baxıb, Məleykəni məhkəməyə verəcəm. Məleykə xanım mənim evimə zəng edərək, həyat yoldaşımı hədələyib. 300 min manat təzminat tələb edirəm”.
Azərbaycan xalçaları haqqında ensiklopediya ingilis dilində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi Röya Tağıyevanın ingilis dilində “Azərbaycan Xalçası Ensiklopediyası” nəşr olunub. Olaylar.az bildirir ki, Şərq –Qərb Nəşriyyat və Poliqrafiya Evi tərəfindən nəfis tərtibata malik olan “Azərbaycan Xalçası Ensiklopediyası” 626 səhifədən, 400-ə yaxın yüksək keyfiyyətli illüstrasiyadan və elmi ədəbiyyatlar siyahısından ibarətdir. Hər bir illüstrasiyanın mənbəyi eksponatın toxunduğu dövr, bölgə, saxlandığı muzey və ya kolleksiya olduğu qeyd olunub.
Elməddindən Burakla bağlı qalmaqallı İDDİA : “Qadınlara meyli yoxdur, kişilərlə…”
Aktyor Elməddin Cəfərov dilinin bəlasına düşməsə yaxşıdır. Çünki o, türkiyəli həmkarı barədə şok iddia səsləndirib. Aktyor yarızarafat-yarıgerçək Burakı xanım pərəstişkarlarının gözündən salmağa çalışıb.
İradə İbrahimovadan Röyaya cavab: “Sən zatən, Azərbaycanın starısan”
Müğənni Röya Türkiyədə “Altın Kələbək” mükafatı qazandığı zaman Nigar Camalın onu yanında olarkən təbrik etməyib, sosial şəbəkədən təbrik statusuna fikir bildirən müğənni cümlələrində İradə İbrahimovanın da adını hallandırmışdı. Olaylar.az bildirir ki, müğənni İradə İbrahimova instagram hesabında paylaşdığı statusla Röyaya mükafatının dadını çıxarmağı məsləhət görüb. Müğənninin yazdığı statusu təqdim edirik:
Səfirlikdə xəttatlıq sənəti üzrə treninq
Dekabrın 19 -22 tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Bilik Fondunun birgə təşkilatçılığı ilə “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçiriləcək. Olaylar.az bildirir ki, treninq xəttatlıq sənəti üzrə 30 illik təcrübəyə malik məşhur Misir xəttatı Mustafa Məhəmməd Amri tərəfindən keçiriləcək.
Röya Nigar Camalı BİABIR ETDİ: "İradə xala kimi sənə də..."
"Altın Kelebek"də Əməkdar artist Röya Ayxanın mükafat alması qalmaqalsız ötüşməyib. Buna səbəb gecədə iştirak edən Nigar Camalın ona zalda salam verməməsi, daha sonra instaqramdan təbrik yazması olub.
"Min bir gecə" və "Sevil" operaları nümayiş olunacaq
Dekabrın 17 - d Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operası nümayiş olunacaq. Olaylar.azbildirir ki, görkəmli bəstəkarın "Min bir gecə" baleti və "Sevil" operası uzun illərdir ki, Opera və Balet Teatrının repertuarındadır və yaradıcı heyət bəstəkarın xatirəsini bu tamaşalarla yad edəcəkdir.
Pərvin Tunaydan 200 min təzminat istədi
Keçmiş aparıcı və aktrisa Tunay Əliyeva ilə Pərvin Abıyeva arasındakı qalmaqal məhkəmə ilə nəticələnib. Məlumata görə, Tunay Pərvini məhkəməyə verib 100 min təzminat istədiyini bildirib. P.Abıyeva "ATV maqazin onlarla" verilişində Tunaydan istədiyi təzminatın məbləğini açıqlayıb: "Heç kimlə işim yoxdur. Məhkəməyə müraciət etdim, 10-dan sonra vaxt açıqlanacaq. O, məndən 100 min istəyib. mənsə ondan 200 min istəyirəm".
Komediya janrında olan filmlərin nümayişi dayandırılacaq
Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevın anım günü ilə əlaqədar repertuar dəyişikliyi edilib. Olaylar.az bildirir ki, dekabrın 12 –də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar komediya janrında olan filmlərinin nümayişi dayandırılacaq.
Qadağa dolu rəqs: Gülmək, danışmaq, baxışmaq olmaz
Argentinalı müğənni və kinoaktyor, “Tanqo Kralı” adı ilə tanınan Karlos Qardelin (Carlos Gardel) doğum günü olan 11 dekabr Beynəlxalq Tanqo günü kimi qeyd olunur. Bu gün həmçinin rəqsin bayramı kimi qiymətləndirilir.
Röyanın mükafat alması Türkiyədə narazılıqla qarşılandı: "Bunu kim buraxıb səhnəyə?"
Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar artisti Röya Ayxan "Altın Kelebek" mükafatına layiq görülüb. Röyanın "Azərbaycanın ən parlaq ulduzu" mükafatını alması Türkiyədə birmənalı qarşılanmayıb.
“Ceyms Coysun “Uliss” romanı və ədəbiyyatda devrim” – İradə Musayevadan yeni kitab
Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünas alim İradə Musayevanın “Ceyms Coysun “Uliss”romanı və ədəbiyyatda devrim” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məmməd Qocayev, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Rəyçilər: filologiya elmləri doktoru, professor Cəlil Nağıyev və filologiya üzrə fəlsəfə doktoru, Vilayət Hacıyevdir. Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın irlandiyalı yazıçı Ceyms Coysun “Uliss” romanından bəhs edən kitabı hissə-hissə Kulis.az saytında yayımlanmış və geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir.
Dadodan son AÇIQLAMA - “Əsəblərimizə hakim ola bilmədik”
Müğənni Natavanın keçmiş əri Səid Əliyev (Dado) ayrılmaları ilə bağlı açıqlama yayıb. O, rəsmi "İnstaqram" səhifəsində bunları yazıb: "Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı mən məcbur elədim ki, boşanmağımız barədə açıqlama versin. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəblərimizə hakim ola bilmədik. Mən açıqlama ilə bağlı onu məcbur edərkən instaqramda yazacağına inanmadım. Mənim ucbatımdan oldu”.














