Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid yeni materiallar əldə olunub
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü tarixinin tədqiqi və təbliğində mühüm işlər həyata keçirir. Olaylar.az bildirir ki, bu yaxınlarda muzeyin Neqativ fonduna AXC-nin tarixini əks etdirən 100-ə yaxın neqativ fotolar daxil olub. Hazırda fondun əməkdaşları tərəfindən yeni materiallar müəyyənləşdirilir, aktlaşdırılır və pasportlaşdırma işləri görülür.
14 Dekabr 2017 09:13 MədəniyyətAMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü tarixinin tədqiqi və təbliğində mühüm işlər həyata keçirir.
Olaylar.az bildirir ki, bu yaxınlarda muzeyin Neqativ fonduna AXC-nin tarixini əks etdirən 100-ə yaxın neqativ fotolar daxil olub. Hazırda fondun əməkdaşları tərəfindən yeni materiallar müəyyənləşdirilir, aktlaşdırılır və pasportlaşdırma işləri görülür.
Materiallar Azərbaycan tarixinin müstəqillik dövrünün daha dərindən öyrənilməsi və tədqiqində dəyərli mənbədir. Qeyd edək ki, AXC-nin 100 iliyi ilə əlaqədar muzey materiallarından ibarət kataloqun nəşr olunması nəzərdə tutulub.