"Muğam və Mənəviyyat” adlı layihənin növbəti konserti 

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalının birgə təşkilatçılığı ilə “Muğam və Mənəviyyat” layihəsi silsiləsindən “Hümayun” dəstgahı adlı növbəti konsert keçiriləcək. Olaylar.az bildirir ki, gecədə  Xalq artisti Gülyanaq Məmmədova “Çahargah”, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov “Şur”, xanəndə Kamilə Nəbiyeva “Zabul” muğamlarından parçalar, xalq mahnıları və təsniflər  səsləndirəcəklər. Tanınmış xanəndə Fəraməz Gərmrudi  isə “Hümayun” muğamını ifa edəcəkdir.

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" Kanalının birgə təşkilatçılığı ilə "Muğam və Mənəviyyat" layihəsi silsiləsindən "Hümayun" dəstgahı adlı növbəti konsert keçiriləcək.

Olaylar.az bildirir ki, gecədə  Xalq artisti Gülyanaq Məmmədova "Çahargah", Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov "Şur", xanəndə Kamilə Nəbiyeva "Zabul" muğamlarından parçalar, xalq mahnıları və təsniflər  səsləndirəcəklər. Tanınmış xanəndə Fəraməz Gərmrudi  isə "Hümayun" muğamını ifa edəcəkdir.

Xanəndələri "Könül" instrumental ansamblı maşayiət edəcəkdir. Ansamblın bədii rəhbəri Xalq artisti, tarzən Əliağa Sədiyevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31