Mədəniyyət

Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək - Muğam Mərkəzində

14 May 2019 12:50

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək.  Olaylar.az bildirir ki, gecədə akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli  və şairin sənət dostları onun yaradıcılığı ilə bağlı düşüncələrini bölüşəcək. 

Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair Dövlət Proqramı uğurla icra olunur

14 May 2019 12:40

Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajında düzəlişlər həyata keçirilmişdir.

Oksana Rəsulova ərindən elə ŞEYLƏR YAZDI Kİ...

14 May 2019 12:24

Oksana Rəsulova ərindən elə ŞEYLƏR YAZDI Kİ...

“Mən Azərbaycanlıyam” adlı hesabat konserti

14 May 2019 12:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Gəncə Şəhər Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib.

Niyamın keçmiş arvadı: "Evə can yandırmırdı" FOTO

14 May 2019 11:06

Niyamın keçmiş arvadı: "Evə can yandırmırdı" FOTO

Mədəniyyət müəssisələrinin potensialı müzakirə olundu

14 May 2019 10:56

Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclərə ünvanlanan çağırış və mesajlar barədə fikir mübadiləsi aparılıb. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri də iştirak ediblər.

“Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olundu

14 May 2019 10:56

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olunmuşdur. Olaylar.az bildirir ki, müsabiqəyə Şamaxı rayonunun 70-ə yaxın uşaq, yeniyetmə və gənci qatılmışdır.

"Eurovision" bu gün başlayır

14 May 2019 10:54

"Eurovision" bu gün başlayır

18 may Beynəlxalq Muzeylər Günü

14 May 2019 10:26

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə beynəlxalq muzeylər günü qeyd ediləcək. Olaylar.az bildirir ki, ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.

Röyadan ŞOK fotolar

14 May 2019 10:21

Röyadan ŞOKfotolar

Əri Rəqsanəyə xəyanət edib?

14 May 2019 10:13

Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı foto ağıllarda sual işarəsi yaradıb. Buna ifaçının boş yatağın qarşısında çəkdirib, paylaşdığı şəklə “Qüsursuz sevən qadınlar, vəfasız kişilər” rəyini yazması səbəb olub.

“Mükəmməl həyatım yoxdur, amma...” - Aysel Əlizadə

13 May 2019 17:06

“Mükəmməl həyatım yoxdur, amma...” - Aysel Əlizadə

Kitabxanaçılar üçün ixtisasartırma kursları 

13 May 2019 17:04

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları”, “Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” və “Kreativ peşə səriştələri” mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verildi.

Bakı Fotoqrafiya Evində "Adlar" isimli sərgi

13 May 2019 16:56

Mayın 21-də Bakı Fotoqrafiya Evi sizi "Adlar" isimli yeni sərgi təqdim edəcək. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim ediləcək. Onlar bizim müasirlərimiz olan şəxslərdir - peşəkarlar və həvəskarlar... Onlar fotoşəklin - zamanın və məkanın zərrəsindən yola çıxaraq öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdirirlər.