Bred Pitt və Ancelina Coli evlənir
7 Aprel 2014 20:32 MədəniyyətMəşhur "Hollywood" cütlüyü Bred Pitt və Ancelina Coli nəhayət evlənmək qərarını veriblər. Artıq onlar qanuni evlilik işlərinə başlayıblar. Nigahın bağlanması üçün vəkillər də hazırdır. Cütlüyün nişanı bir neçə il bundan əvvələ təsdafü etsə də onlar heç cürə rəsmi nigah bağlamaq üçün vaxt tapmayıblar. Coli və Pitt toylarını Fransadakı villalarında etməyi planlaşdırır. Amerika mətbuatının məlumatına görə, ulduzların toyunu məşhur "Kings Of Leon" qrupu müşayiət edəcək. Bred və Ancelina evliliklərini əbədiləşdirmək üçün bədənlərinə toy günü tatu (döymə) vurduracaqlar. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31