Madonnanın 3 minlik alt geyimi oğurlanıb

Pop ulduz Madonnanın 3 min dollar dəyərində olan alt geyimini oğurlayıblar.  Hadisə mart ayında müğənni Nyu-Yorkda "L'Uomo Vogue" jurnalı üçün fotosessiya etdirdiyi zaman baş verib. Oğurlanan əşyalar arasında dizayner Debora Markitin hazırladığı krujevalı büstqalter də olub. 2,5 min dollardan artıq qiyməti olan bu alt paltarını dizayner müğənniyə çəkilişlərdə geyinməsi üçün göndərmişdi.  Əşyaların içində olan çantanın yoxa çıxdığını jurnalın əməkdaşları fotosessiya bitdikdən sonra biliblər. Dərginin işçiləri hadisədən sonra gecə yarı polis əməkdaşlarına müraciət ediblər. Mətbuat katibi Markit açıqlamasında bildirib ki, itmiş əşyanın tezliklə qaytarılacağını güman edir: "Debora çox istəyir ki, onun kolleksiyasından olan dəyərli alt geyimi geriqaytarılsın".  Dizayner isə bu barədə danışarkən fikirlərini belə bildirib: "İnanıram ki, itmiş əşyalar qaytarılacaq. Əminəm ki, çəkilişdə olan adamlardan heç biri belə bir əməl törətməz. Çünki əvvəllər heç vaxt belə olmayıb", - dizayner bildirib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31