“Eurovision” təmsilçimizin transseksual iştirakçı ilə şəkli yayıldı
7 Aprel 2014 13:03 MədəniyyətDanimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Dilarə Kazımovanın maraqlı bir şəkli yayılıb. Lent.az-ın məlumatına görə, təmsilçimizin Avstriyanın transseksual iştirakçısı Conçita Vurstla (Conchita Wurst) çəkdirdiyi xatirə şəkli sosial şəbəkədə maraqla qarşılanıb. Onu da əlavə edək ki, Avstriya təmsilçisi hazırda ən çox tənqid olunan iştirakçılardandır.
Xatırladaq ki, Əsl adı Conchita Wurst - Tom Nyuverz olan Avstriya təmsilçisi 1988-ci ildə anadan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31