Əkbərin toyu olacaq...Nazpəri Dostəliyeva hazırlıq görür
Azərbaycanın xalq artisti oğlunu evləndirir
27 İyul 2012 15:56 MədəniyyətHazırda Maldiv adalarında istirahət edən Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva avqustun 28-i Bakıya qayıdacaq və fasiləsiz iki işi birlikdə görəcək. Belə ki, N.Dostəliyeva həm yaradıcılıq işlərinə başlayacaq, həm də kiçik oğlu Əkbərin toyuna hazırlaşacaq.
Bu barədə Publika.Az-a xalq artistinin ailə üzvlərilə birlikdə adada dincələn prodüseri Mikayıl Hüseynov məlumat verib.M.Hüseynov qeyd edib ki, Əkbərin toyunun vaxtı təyin olunmayıb:"Maldiv adalarından qayıdandan sonra Nazpəri xanım işinin başına keçəcək. Sentyabrın 15-də işə başlayacaq. Toya da xüsusi hazırlıq gedir".M.Hüseynov xalq artistinin yeni mahnı ifa edəcəyini də deyib.
"Nazpəri xanım sözləri Leyliyə, musiqisi türk bəstəkarına aid olan yeni mahnını oxuyacaq"