Hürrəm Sultan qıza qulaq asmadı

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"ın ulduzu, Hürrem Sultan rolunu oynayan aktrisa Meryem Üzerli dünən sevgilisi Can Ateş ilə birlikdə İstanbulun Tarabya səmtində idi. milli.Az "Milliyet"ə istinadən bildirir ki, "Big Chefs" restoranından çıxarkən Üzerli onu gözləyən fotoreportyorları görən kimi məkanı sürətlə tərk etmək istəyib. Restoranın çıxışında gül satan qızın xahişinə rəğmən, heç nə almayan Üzerli və Ateş maşına əyləşərək uzaqlaşıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31