Azərbaycan şou-biznesində ən sadiq dostlar kimlərdir?
Sənətçilərimiz arasında dostluqların sonu bəzən düşmənçilik, bəzən əməkdaşlıq, bəzən isə hətta evliliklə də bitir...
27 İyul 2012 12:23 MədəniyyətMilli.Az Azərbaycan şou aləminin ən ideal dostluqlarını və ən sadiq dostlarını təqdim edir:
1. Əməkdar artistlər Ənvər Sadıqov və Abbas Bağırov. Bu 2 sənət adamının dostluğu uzun illərə söykənir. Onları əvvəlcə sənət birləşdirsə də, sonradan bu dostluq ailə dostluğuna da çevrilib. Elə bir el şənliyi yoxdur ki, bu 2 sənətçi orada birlikdə olmasın. Ənvər Sadıqovun demək olar ki, bütün mahnılarının da ifaçısı məhz Abbasdır.
2. Abbas Bağırovun ailəvi dostluq etdiyi sənətçilərdən biri də Röyadır. Ümumiyyətlə, Abbas Bağırovu sadiq dost adlandırmaq olar. Müğənnilərin bu dostluğu "Bilərsənmi", "Ayrılıq" duetləri ilə davam edib.
3. Röyanın isə şou-biznesdə dostluq etdiyi sənətçi azdır. Onlardan biri müğənninin duet ortağı, son konsertinin rejissoru Rəhim Rəhimlidir. Sənətçilərin dostluğu Röyanın "W trio" qrupunda oxuduğu vaxtlara təsadüf edir.
4. "W trio" qrupunun digər eks solisti Elnarənin yaxın dostu elə son mahnılarının müəllifi Günel Sərdarqızıdır.
5. Natavan Həbibinin uzun illərdir dost olduğu müğənni Elnurdur. Bu sənətçilərin də dostluğu duetə çevrilir. Konsert və tədbirlərdə onları tez-tez birlikdə görmək olar.
6. Elnurun digər dostu isə Türkiyədə yaşayan model Günay Musayevadı. Dostların yerli jurnallardan biri üçün bəy və gəlin libasında çəkdirdikləri fotosessiya modelin evliliyi zamanı söz-söhbətə də səbəb olmuşdu.
7. Əməkdar artist Tünzalə Ağayevanın ailəvi dostluq etdiyi - modelyer Gülnarə Xəlilova və müğənni Samiradır. Tünzalənin bütün geyimləri məhz Gülnarə Xəlilovaya aiddi. Samira ilə dostluğu isə "Xoşuna gəlirsə" duetində əks olunub.
8. "Eurovision 2011"in qalibləri Eldar və Nigar da ayrılmaz dostlardandırlar. Müğənnilər demək olar ki, günün çox vaxtını birlikdə keçirirlər. Eldar isə tez-tez Londonda Nigarın qonağı olur.
9. Repçi Miri Yusif, bəstəkar-aranjemançı Emin Kərimi və prodüser Emin Əfəndinin də dostluğu şou-biznesin qibtə edilən dostluqlarındandır. Uğurlu səfərlər, klip çəkilişləri, konsertlər, mahnılar bu dostluğun bariz nümunəsidir.
10. Əməkdar artist Sevda Ələkbərzadə və teleaparıcı Xədicə Sənanqızı. Bu 2 rəfiqəni də hər zaman birlikdə görmək mümkündür. Sevda və Xədicə səyahətlərə də birlikdə çıxırlar.
11. Oksana Rəsulova və Elşad Xose. Uzun müddət bu 2 sənətçinin birliyi dostluq kimi görünsə də, sonradan bu dostluq sevgiyə çevrildi. Bir müddət öncə isə cütlük nikah masasına oturdu.
Bu siyahını istənilən qədər uzatmaq olar. Sadiq dostlar sırasında Faiq Ağayev və Nərgiz Cəlilova, Səbinə Babayeva və Elnur Hüseynov, Röya və Samir Cavadzadə, Zamiq Hüseynov və Nanə Ağamalıyeva, Dilarə Kazımova və Ülviyyə Rəhimova, İlkin Həsəni və Elçin Cəfərov, Murad Arif və Xəyyam Nisanov və digərlərini göstərmək olar.