Tanınmış azərbaycanlı müğənni ləpələrin qoynunda - FOTO
Ayan Babakişiyeva qardaşı ilə birlikdə tətil etmək üçün Bodrumu seçib
26 İyul 2012 19:59 MədəniyyətMilli.Az-ın əməkdaşının telefon zənginə Bodrumdan cavab verən Ayan Babakişiyeva düz 15 gün vətəndə olmayacağı anonsunu verdi: "Yay fəsli girənə qədər bir neçə xarici ölkələrə səfər edib istirahət etdiyim üçün yenidən tətil etməyi payız aylarına planlaşdırmışdım. Amma, həqiqətən də, qismətdən qaçmaq olmur. Çoxlarına məlumdur ki, əkiz qardaşım Samir xeyli vaxtdır İstanbulda yaşayır və orada işləyir. Sonuncu dəfə telefonla danışanda cəmi bir neçə gün məzuniyyətinin olduğunu söylədi, anam və mənim üçün çox darıxdığını dedi. Qardaşım mənə görə o qədər əzizdir ki, istəyini dərhal yerinə yetirməyə qərar verdik. Görüş yeri olaraq da Bodrumu seçdik. Allahın köməkliyi ilə bu gün günorta saatlarında təyyarədən endik. Yaxın rəfiqələrimdən biri də bizimlə gəldi. İnşallah 15 gün burada olacağıq".Qaldıqları otelin Türkiyənin tanınmış ulduzlarının tətil etdiyi Türk bükü bölgəsində olduğunu söyləyən müğənni Bakıya qayıdanda ilk işinin əməkdar artist Abbas Bağırovun onun üçün yazdığı sürpriz mahnısını lentə aldırmaq olacağını da gizlətmədi.