Məşhur müğənni hamilədir
26 İyul 2012 15:06 MədəniyyətAprelin 23-də iş adamı Okan Kurtla evlənən məşhur türk müğənnisi Demet Akalının hamilə olduğu iddia edilir."Qafqazinfo"nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qardaşı ilə alış-verişə çıxan müğənni ticarət mərkəzinin maqnitli təhlükəsizlik qapısından keçməyib. İddiaya görə, Akalın mühafizəçiyə hamilə olduğunu və bu səbəbdən bu qapıdan keçə bilməyəcəyini söyləyib.Hər fürsətdə Ramazan ayından sonra hamilə olduğu haqda şad xəbər vermək istədiyini bildirən Akalının dünən twitter səhifəsində yazdığı "ərimlə qurbanlarımız vardı, onları kəsək ki, aradan çıxsınlar" twitti hər kəsin diqqətini çəkib. Hər zaman ana olmağı çox istədiyini deyən Akalının hamilə olduğu üçün bu twitti yazdığı düşünülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31