Sərdar Ortacı 6 nəfər birdən məhkəməyə verdi

Məşhur müğənnidən təzminat tələb edilir

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacı 6 nəfər məhkəməyə verib. ANS PRESS-in Türkiyənin "haber7.com" saytına istinadən verdiyi məlumata görə, sevgilisi Ege ilə otellərin birində istirahət edən Sərdar Ortac otelin barından gecə saat 3-də qaldığı VİP otağına qayıdan sənətçi telefonunu tapa bilməyib.

Buna görə Sərdar Ortac bütün oteli ayağa qaldırıb. Sərdar Ortac telefonunun itməsində otel işçilərini günahlandırıb. Sərdar Ortac o qədər əsəbləşib ki, otelin sahibi belə onu sakitləşdirə bilməyib. Onun şikayəti əsasında Sərdar Ortacın qaldığı VİP otağının 6 işçisi işdən dərhal qovulub.

Lakin növbəti gün əsl həqiqət üzə çıxıb. Məlum olub ki, Sərdar Ortac mobil telefonunu maşınında qoyub. Əbəs yerə işdən qovulan 6 otel işçisi isə Sərdar Ortacı məhkəməyə verərək, ondan təzminat tələb edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31