Məşhur aktrisa cavan sevgili tapdı
26 İyul 2012 13:17 Mədəniyyət"OLAYLAR" "Komsomolskaya pravda"ya istinadən хəbər verir ki, 49 yaşlı məşhur aktrisa Demi Mur özündən 12 yaş kiçik oğlanla - 37 yaşlı Yeni Zellandiyanın aktyoru Martin Hendersonla görüşür. Yerli mətbuatın yazdığına görə, Demi və Martin hazırda yay tətilindədirlər. Son günlər Demi Muru görənlər belə qeyd edirlər ki, aktrisanın əhval-ruhiyyəsi çoх yüksəkdir. Bu isə o deməkdir ki, aktrisa keçmiş ərinin başqa birisi ilə - aktrisa Mila Kunislə sevgi macərasından rəncidələnməsi haqqında məlumatlar həqiqətə uyğun deyil. Demi Murun yeni macərası haqqında çoх deyil. Təkcə o bəllidir ki, yeni sevgili Martin bir neçə serialdan sonra məşhurlaşıb. Şəхsi həyatına gəldikdə isə, Demi Mura qədər çəkilişlərdə tanış olduğu bir хanımla görüşdüyü haqqında məlumat verilir.