Dünya ulduzu evlənir
Erin Hathertonun Leonardo di Kaprionun könlünü necə oğurladığı bəlli olub
26 İyul 2012 12:57 MədəniyyətViktoriya Sekretin modellərindən Erin Hathertonun Leonardo di Kaprionun könlünü necə oğurladığı bəlli olub. 23 yaşındakı gözəl model ilə Titanikin ulduzu Leonardo di Kaprio keçən ilin dekabr ayından bəri birlikdədirlər. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qız yoldaşlarını modellərdən seçən 37 yaşındakı Leo, daha əvvəl Gisele Bundçen və Bar Refael ilə uzun sürən əlaqələr yaşamış, ancaq işlər üzük taxacaq qədər ciddi qəbul edilməyib. Məşhur oyunçunun ürəyini oğurlayan Hatherton isə, modellik karyerasına başlamamışdan əvvəl az qala professional bir basketbolçu olacaqmış. Özünü evliliyə hazır hiss etməyən Şir ilə Erinin nə vaxt üzük taxacağı isə maraq mövzusudur.