Ruhi övladlarına ad verdi - Məhəmməd, Həsən

Azərbaycanın tanınmış biznes ledisi Ruhi ana olub. Ruhinin ailə üzvlərinin "Qafqazinfo"ya verdiyi xəbərə görə, onun əkiz oğlanları dünyaya gəlib. Uşaqlar iyulun 14-də Türkiyədə Ruhinin əvvəlcədən müayinə altında olduğu xəstəxanada doğulublar. Oğlan uşaqlarının hər ikisi özünü yaxşı hiss etsə də, biznes-ledinin səhhətində narahatlıqlar var. Əsəbləri bir qədər pozulan müğənni ilə danışa bilmədik. Bu günlərdə daha ətraflı məlumat almaq üçün Ruhi ilə əlaqə saxlamağa çalışacağıq.Ruhi artıq oğlanlarına ad verib. O, uşaqlardan birinə Məhəmməd, birinə isə Həsən adını verib.Qeyd edək ki, Ruhinin ən böyük arzusu ana olmaqla bağlı idi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31