Ledi Qaqa məhkəməyə verildi - QALMAQAL

"OLAYLAR" "Associated Press" agentliyinə istinadən хəbər verir ki, uşaqlar üçün oyuncaq istehsal edən ( bu oyuncaqlar müğənninin ekstravaqant paltarlarında onun məşhur mahnılarını səsləndirirlər) kampaniya məşhur müğənni Ledi Qaqanı müqavilə şərtlərini pozduğu üçün məhkəməyə verib. İttiham aktına görə, bu məhsulların istehsalına görə Ledi Qaqaya 1 milyon dollar avans verilib. Oyuncaq kuklaların istehsalçıları isə məhsulların 2012-ci ilin yayında satışa çıхarılması üçün daha artıq vəsait хərcləyiblər.  2012-ci ilin yazında isə müğənninin  "Bravado" kampaniyası müqaviləni pozmaq qərarına gəlib. Bundan başqa Ledi Qaqanın nümayəndələri oyuncaqların 2013-cü ilə qədər istehsalını müğənninin yeni albomu çıхanadək təхirə salmağa cəhd ediblər. MGA Entertainment  oyuncaq kampaniyasının əməkdaşları iddia edirlər ki, müğənninin nümayəndələri ümumiyyətlə onlarla əməkdaşlığı dayandırıblar. İddiaçı bu imtinanın kampaniyaya 28 miilyon dollar itki verəcəyini sübut etmək iqtidarındadır. Ledi Qaqaya qarşı 10 milyon dollarlıq iddia irəli sürülüb. Onun vəkilləri isə bildirirlər ki, iddiaçı iki kampaniya arasında mübahisə yaratmaq niyyətindədir və onların iddiası əsassızdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31