Aktrisa Vəfa Zeynalovanın səhhəti niyə pisləşdi?

Teleməkanda böyük tamaşaçı auditoriyası toplayan "Rəngarəng" verilişinin daha bir maraqlı buraxılışı hazırlanıb.Milli.Az-ın məlumatına görə, rejissor Aynurə Tahirqızı ilə aparıcı Zaur Nəbioğlunun birgə ərsəyə gətirdikləri verilişdə əməkdar artist, aktrisa Vəfa Zeynalova əsas qonaqlardan biri oldu.Yenidən Nabran rayonuna yollanan çəkiliş heyətinə sonradan məşhur müğənnilər Rüfət Axundov və  Roza Zərgərli də qoşuldular.Yüksək əhval-ruhiyyə ilə keçən verilişdə bir çox maraqlı anlar yaşandı. Məşhurlar deyib-gülüb, əyləndilər. Amma həmişəki kimi, çəkiliş "nöqsansız" ötüşmədi. Belə ki, aktira Vəfa Zeynalovanın səhhəti ani olaraq pisləşdi. Özünü yaxşı hiss etməyən aktrisa çəkilişi yarımçıq saxlamalı oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31