Rəhim Rəhimli niyə qəzəbləndi və canlı yayımı niyə tərk etdi?

Kanalların birində aparıcılar Xədicə və Elnur Talıblının təqdimatında canlı yayımlanan "Səhər çağı" verilişinə dəvət alan Rəhim hörmətsizliklə üzləşib. Müğənni studiyaya daxil olan an veriliş reklam fasiləsinə ayrılıb. Reklamlar bitəndən sonra yenidən studiyaya qoşulan zaman isə Rəhim artıq orada olmayıb.Məsələ ilə bağlı müğənni ilə əlaqə saxladıq. Adəti üzrə jurnalistlərə açıqlama verməkdən imtina edən Rəhim bu dəfə də Milli.Az üçün istisna etdi. Canlı yayımda baş verən olayla bağlı açıqlama verən müğənni bildirdi ki, reklam zamanı onun həmin verilişin rəhbərliyi ilə kiçik mübahisəsi yaranıb:"Mən hər hansı bir verilişə getmədən öncə öz tələblərimi irəli sürürəm. Əgər verilişin heyəti buna razılıq verirsə, mən də rahat şəkildə gedib iştirak edirəm. Ən birinci tələbim isə o olur ki, məni reklamlardan sonra dəvət edin və verilişin sonunda mənim klipim yayımlansın. Bu addımımı heç kim şərt kimi qəbul etməsin. Amma mənim Azərbaycanın tanınmış bir siması kimi öz tələblərim var. Onlar pozulanda isə bunu özümə qarşı hörmətsizlik kimi qəbul edirəm.Mən gəlmişəm verilişə və elə yerimə əyləşən zaman veriliş reklamlara ayrılıb. Axı bu, qonağa qarşı hörmətsizlikdir. Mən də sözümü dedim, verilişin rəhbərliyi ilə mübahisə yaşadım və həmin an, heç reklam bitmədən, studiyanı tərk etdim. Bütün ulduzların öz qayda və qanunu var. Mən özümə hörmət edirəm"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31