Hamilə Xuraman Şuşalı fotosessiyada...

İkinci dəfə ana olacaq Azərbaycanlı müğənni kameralar qarşısına keçəcək

Xuraman Şuşalı Milli.Az-a deyir ki, birinci hamilələiyində buna bir o qədər səy göstərməyib."İlk övladımda çirkinləşmişdim deyə buna elə böyük maraq göstərmirdim. İndi ətrafımdakı insanlar gözəlləşdiyimi deyirlər. Bunu özüm də hiss edirəm. Ona görə də yaxın günlərdə ailəvi bir fotosessiya etdirəcəm. Geniş publikaya yaymağı düşünmürəm", - deyən sənətçi fizioloji durumunun səhhətinə ciddi təsir göstərmədiyini xatırlatdı. Buna görə də, o, sənət işlərini bir-birinin ardınca həyata keçirir."Həftənin bir neçə gününü studiyadayam. Yeni mahnılar yazılır. Oktyabra kimi repertuarı təzələyib yekunlaşdıracam. İkinci övladımı dünyaya gətirəndən sonra həmin mahnılardan bir neçəsinə klip çəkiləcək. O ərəfədə yürüyən biznes işimi yekunlaşdıracam. Bu, xeyir iş görməyə hazırlaşan ailələr üçün nəzərdə tutulub", - deyən Xuraman istirahətə ara-bir zaman ayırır. Həkimi uzaq səfərə çıxmağı qadağan etməsə də, sənətçi işlərinin çox olması səbəbindən istirahətini elə ölkə civarında həyata keçirir.Xatırladaq ki, müğənni bir oğul anasıdır. Onun dünyaya gələcək ikinci övladı isə qızdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31